Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Qarlı havada avtoxuliqanlıq edən sürücü həbs olunub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən sürücü Kamran Şükürov saxlanılıb.
O, idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qarlı hava şəraitində yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə K.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.