Rəşad Sadıqov: Qoldan sonra hər iki komanda canlandı
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Zirə" Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Olduqca vacib oyunda önəmli qələbə qazandıq.
İlin son oyunu idi. Son oyunlar həmişə xüsusi olur. Futbolçular istər-istəməz istirahətə hazırlaşır. Belə matçlara köklənmək çətindir.
Qarşımızda əzmkar "Səbail" var idi. Bilirdik ki, oyun ağır keçəcək. Elə də oldu.
Şükürlər olsun ki, sonda lazım olan qolu vurub qələbə qazandıq. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq.
Çünki Azərbaycan çempionatında ikinci yarı həmişə çətin olub. Sona yaxınlaşdıqca hər xal önəmli olacaq.
- Futbolçuların performansından razı qaldız? - Bir neçə kombinasiyalı hücumlarımız oldu.
Tam oxu
Xəbəri oxu