Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq. Azərbaycan və Rusiya münasibətlərində hər zaman üstüörtülü gərginlik və deyilməyən,
Müstəqillik dövrünün bütün mərhələlərində ara-sıra üzə çıxan, qismən gərginlik doğuran və sonra arxa plana keçən hallar olub.
Amma indi geosiyasi dövrün və Rusiya dövlətinin elə bir dövrüdür ki, hər iki ölkə arasında açıq və gərginlik doğuran məsələlər öz həllini tapmaq üçün açıq şəkildə dilləndirilməlidir.
Bu, hər iki ölkənin gələcək münasibətlərinin taleyi üçün mühüm əhəmiyyət kəsb.
Bu, o demək deyildir ki, hər iki ölkə bundan sonra öz aralarındakı məsələləri həll edib yenidən öz münasibətlərində yeni səhifə açacaqlar, ya da bir-birilərindən tamamilə uzaqlşacaqlar və ya ölkələr arasında bəzilərinin dediyi kimi müharibə çıxacaq.
Bunlar nəzəri olaraq belədir. Hesab edirəm ki, əslində, məsələ başqadır.
Məsələ ondadır ki, Azərbaycan və Rusiya Cənubi Qafqazda güc mərkəzi olmaq üçün mübarizə aparırlar.
Göründüyü kimi də proses yüz ilə hesablanmış məsələdir. Hər iki tərəf öz maraqları uğrunda mübarizə aparır.