Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən rayon sakinləri Sahib Astanov, İslam Fətullayev və Asim Qarayev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtsosfer.az-a verilən məlumata görə, həmin şəxslərdən 2 kiloqram marixuana, çətənə toxumları və 1 ədəd elektron tərəzi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.