Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müasir gözəllik salonlarının bizə təqdim etdiyi xidmətlər arasında, saçların laminasiyası kim bir xidmət də vardır.
Laminasiya - saçlara xüsusi tərkibin vurulmasıdır. Nəticədə saçın üzərində, onu zədələnmələrdən qoruyan nazik plyonka yaranır.
B proseduru kağızın laminasiyasına bənzətmək olar, belə ki, kağızın daha davamlı olması, gec cırılması üçün edilən bu prosedur saçlara da eyni qoruyucu effekti verir.
Tərkibində buğda, soya proteini və bioloji aktiv maddələr olan xüsusi məhlul saçlara sürtülür.
Bu xüsusi tərkib saçlarda 20 - 30 dəqiqə saxlanılır. Bu müddət ərzində hər bir saç xüsusi plyonka ilə örtülür.
Tərkib yuyulduqdan sonra, saçlar sağlam,canlı və parıltılı görkəm alır.
Plyonka zədələnmiş saçları örtərərək, qırılmış pulcuqları yapışdırararq, saçların korlanmış strukturunu hamarlaşdırır.