“Səbail” “ArazNaxçıvan”ı qəbul edir
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir. Bu gün Misli Premyer Liqasında 16-cı tur start götürür.
QOL.az xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək. Turun açılış matçında “Səbail” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək.
Çempionatdakı son 6 oyununda cəmi 1 xal toplayan “Səbail” ötən tur sonuncu pilləyə yuvarlanıb.
“Araz-Naxçıvan” isə hazırda 36 xalla ikinci pillədə qərarlaşıb.
Bu isə deməkdir ki, Elmar Baxşıyevin komandası aktivinə növbəti 3 xalı yazsa, ən azı bir neçə saatlıq yenidən turnir cədvəlində liderliyi ələ alacaq.
Günən digər oyununda “Sabah” “Qarabağ”la üz-üzə gələcək. Misli Premyer Liqası XVI tur 7 dekabr (şənbə) 15:00.
“Səbail” - “Araz-Naxçıvan” Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov VAR: Rəvan Həmzəzadə AVAR: İnqilab Məmmədov “ASCO Arena” 18:00.
“Sabah” - “Qarabağ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov VAR: Əliyar Ağayev AVAR: Zeynal Zeynalov “Bank Respublika Arena” 8 dekabr (bazar) 16:00.
Tam oxu
Xəbəri oxu