Sənin pravan var da, Ulucay?
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lent.az Ulucay Akifin bu gün vəfat edən məşhur jurnalist Səbuhi Məmmədli haqqında yazısını təqdim edir.Səbuhi Məmmədli öldü. Belə də olur.
Bir də görürsən ki, adam ölür. Ölüm haqqında fəlsəfi cümlələr qurmağa ehtiyac yoxdur.
Dünyadakı ən təbii, ən mütəmadi baş verən və ən qaçılmaz hadisə ölümdür. Ölüm var olan hər şeylə yanaşı addımlayır.
Bir ağaca baxanda yanındakı ölümü də görmək lazımdır. Bir çiçəyə baxanda yanındakı ölümü də görmək lazımdır.
Bir quşa baxanda yanındakı ölümü də görmək lazımdır. Və bir insana baxanda yanındakı ölümü də görmək lazımdır.
Başımız həyatın qaçhaqaçına o qədər qarışır ki, bizlə qoşa addımlayan ölümü unuduruq, görmürük. Amma Səbuhidə belə olmadı...
Biz Səbuhinin yanında dayanan ölümü daha tez gördük. Əvvəl gözümüzün qabağında Səbuhinin bir ayağını apardı ölüm.
Tam oxu
Xəbəri oxu