SOCAR Yaşıl istiqrazların buraxılışına başlayır
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 15 yanvar 2025-ci il tarixindən etibarən "Yaşıl istiqraz"ların buraxılışına start verir.
Nominal dəyəri 1000 (min) ABŞ dolları olan istiqrazlar sahiblərinə illik 6% gəlir qazandıracaq.
Ümumi buraxılış məbləği 200 milyon ABŞ dolları olan və 5 illik müddətə buraxılan "Yaşıl" istiqrazların kupon ödənişləri hər 3 aydan bir ödəniləcək.
SOCAR-ın “yaşıl” istiqrazlarını əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir. İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil.
Belə ki, istiqrazlardan əldə olunan vəsait “SOCAR Green” MMC şirkətinin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.
Məlum olduğu üzrə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün “yaşıl enerji”nin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır.
Bu xüsusda, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüslərini da dəstəkləmək məqsədi daşıyır.
Tam oxu
Xəbəri oxu