Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb Almaniya kansleri Olaf Şolts təxminən iki ildən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
AYNA-nın məlumatına görə, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt məlumat verib.
Onun sözlərinə görə, Almaniya kansleri söhbət zamanı Rusiyanı “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” Ukrayna ilə danışıqlara çağırıb.
Şolts həmçinin Almaniyanın Kiyevi “lazım olduğu müddətcə” dəstəkləməkdə “sarsılmaz qətiyyətini” bəyan edib.
O, Putini münaqişəyə son qoymağa, Rusiya Federasiyasını isə nəzarət altına alınan ərazilərdən qoşunlarını çıxarmağa çağırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.