Şoltsla Putin seçkiyə qədər görüşə bilərmi? Alman tərəfi AÇIQLADI
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bir müddət öncə Almaniyanın Baş naziri Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putinin Moskvada görüşəcəyinə dair məlumat yayılmışdı.
Bu məlumatın mənbəyi müxalif Xristian Demokrat İttifaqının (CDU) nümayəndəsi Roderixa Kizevettar olmuşdu.
Kizevettar iddia edirdi ki, Şolts 2025-ci ilin fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər Rusiyaya gedib Putinlə görüşəcək.
Sfera.az TASS-a istinadən xəbər verir ki, Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt keçirdiyi brifinqdə bu iddiaya cavab verib.
Hebestreyt Olaf Şoltsun fevralın 23-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi Rusiyaya səfərini istisna edib.
Düzdür, Almaniya hökumətinin mətbuat katibi Şoltsun Rusiyaya səfərinin ehtimalı ilə bağlı suala “Bəli” cavabını verib.
Amma o, bu səfərin fevralın 23-nə kimi reallaşacağına inanmadığını söyləyib.
Tam oxu
Xəbəri oxu