Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir. Moskvada "Aeroflot Open" beynəlxalq şahmat turniri başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı sonuncu - 9-cu turda rusiyalı İvan Rozuma qalib gəlib.
Qələbə qrossmeysterimizə 5,5 xal toplayaraq yarışı 36-cı pillədə başa vurmağa imkan verib.
Digər təmsilçimiz Rəvan Əliyev isə Dmitri Rostovtsev (Rusiya) ilə heç-heçə sayəsində xalını 4-ə çatdırıb və 90-cı yerdə qərarlaşıb.
Dünya tacı uğrunda görüşlərin ikiqat iştirakçısı Yan Nepomnyaşi 7 xalla "Aeroflot Open"in qalibi olub.
Təmsilçimizdən uğurlu start Dörd şahmatçımız dünya çempionatına qələbə ilə başlayıb Şahmatçımız İndoneziyada beynəlxalq turnirin qalibi olub Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion olub Eltac Səfərli İndoneziyada çempion oldu Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.