Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırır.
O, prokurorun “Böyük Ermənistan” ideologiyası ilə razısınızmı?” sualına cavabında bu ideyanı nağıl adlandırıb: “Böyük Ermənistanla” bağlı… Çoxdandır nağıllara inanmıram.
“Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a vurğulayıb ki, Arkadi Qukasyanın bu etirafı təsadüfi deyil:“Onlar hər zaman nağıl və xəyallara aldandıqlarını biliblər.
Amma buna baxmayaraq irəli doğru hərəkət ediblər. Çünki ermənilərin tarix boyu iplərinin ucu öz əllərində olmayıb və onlardan həmişə alət ki
Xüsusilə də, türkə düşmən olanlar şəxslər tərəfindən ermənilərdən bizə qarşı istifadə olunub.
Ermənilər isə özlərindən istifadə olunduğunu bildikləri halda qismət deyib prosesdə yer alıblar. İndi isə aldandıqlarını dilə gətirirlər.