Viran vücuddan qaçış
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. Akutaqava Rünoskenin həyatıyla sənətinin qovuşağında Akutaqavanın meydana çıxması
Onun yaradıcılığı milli köklərdən şirə çəksə də, qol-budağını Avropaya, siyasi-ictimai fikir sarıdan bir o qədər olmasa da, sənət düşüncəsi
Başqa sözlə, Akutaqava yapon zəminində boy atmış avropalıydı.
Buna onun aldığı təhsil, başda ingilis dili olmaqla aparıcı Avropa dillərinə yiyələnməsi də münbit şərait yaratmışdı.
Məhz bunların sayəsində Akutaqavanın adı modernizm əsrinin öncülləri sırasında çəkilir.
Şekspir, Höte, Dikkens, Po, Qoqol, Dostoyevski, Tolstoy, Turgenev, İbsen, Strindberq, Bodler, Flober, Mopassan, Çexov, Frans, Şou, Hauptman, Nitsşe, Verlen...
onun adını böyük ehtiramla zikr elədiyi ustadlarıdır. Sənət tanrısı onun yeganə bütü, incəsənət onun dini-imanı, sarsılmaz əqidəsiydi.
Rus-Avropa ədəbiyyatından əxz elədiyi bəzi mövzuları yapon həyatı kontekstinə oturtmaqla Akutaqava bir yandan milli ədəbiyyatın öz sərhədlərini aşıb dünya ədəbiyyatına inteqrasiya olunmasına, o biri yandan ümumbəşəri mövzuların milli zəmində kök atmasına töhfəsini verirdi.
Tam oxu
Xəbəri oxu