Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nazirlər Kabinetinin (NK) 2023-cü ildə təsdiq etdiyi qərara əsasən, istehsal tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana idxalı qadağandır.
Bu o deməkdir ki, 2025-ci ildə istehsal ili 2015-ci ildən əvvəl olan minik avtomobilini ölkəyə gətirmək mümkün olmayacaq.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu qərar yeni deyil:“Artıq 4 ilə yaxındır ki, bu qərar qəbul olunub.
İstehsalı 10 ildən köhnə olan avtomobillər ölkəyə buraxılmır.
Bunun da əsas səbəbi odur ki, Azərbaycanda avtomobil parkı yenilənməlidir, çünki köhnə avtomobillər qəza riskini yüksəldir.
Yol hərəkəti təhlükəsizliyi baxımdan yanaşsaq, yəni normal yanaşma deyil, bir çox ölkələrdə də bu yanaşma belədir.
Azərbaycanda da avtomobillər istesal olunur. İstehsal deyə bilmirik, tam başqa ölkələrlə müştərək şəkildə gətirilib burada yığılır.