Icma.az bildirir, Konkret.az portalına istinadən. Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Vasif Məhərrəmlinin “Xaş hambal yeməyidir” fikirlə
KONKRET.az xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində deyib.
Müğənni fikirlərini bu sözlərlə çatdırıb: “Elə bir zamana gəlmişik ki, ağzından çıxan hər sözü bişirib sonra deməlisən.
Çünki sonradan böyük reaksiyaya səbəb ola bilər. Bəli, tarixdən bilirik ki, xaş – tutumlu yeməkdir.
İnsanın imkanı yoxdur ki, gün ərzində 5 dəfə yesin. Bir “xaşı” yeyəndə gün ərzində onun qarnını doyurdu. Piti haqqında da belə deyirlər.
O da tutumlu və qarın doydurandır. Pitinin suyuna çörək doğrayıb yeyirlər. Bu olur “birinci” yemək.
İçində olan digər məhsulları isə əzirlər – bu da olur “ikinci” yemək. Burada axı nə var?! Tutumlu, doyumlu, vitaminli – gözəl yeməklərdir.
Deyiliş forması pis olanda insanları qıcıqlandırır”. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.