Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Murad Əmirovun cinayət işi üzrə mə
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənin anas
O bildirib ki, mərhum həyat yoldaşı spirtli içki və narkotik maddə aludəçisi olub: "Hadisə baş verən gün yoldaşım evdə səs-küy saldı.
Oğlum Murad yatmışdı, səsə ayılıb atasına sakit olmasını dedi. Nizami isə aşağı düşüb dəmir parçasını götürərək Muradı döyməyə başladı.
Oğlumun başı qan içində idi. Bundan sonra Murad mətbəxdən bıçağı götürüb atasına zərbələr endirdi".
İstintaq materiallarına əsasən, Murad Əmirov atasına səkkiz bıçaq zərbəsi vurub.
Nizami Əmirov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə 2023-cü ilin may ayında Yasamal rayonu, Rahib Tağıyev küçəsində baş verib.