Yaşar Nurinin doğum günüdür
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın Xalq artisti, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı Yaşar Nurinin doğum tarixidir.
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.
Aktyor səhnəyə ilk dəfə on bir yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb.
O, 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsinə daxil olub.
İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız müqəssirlər"də Neznamov və s. obrazlarını yaradıb.
1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib.
1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Tam oxu
Xəbəri oxu