Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu günə kimi “Ailə dostu” layihəsində bir-birindən maraqlı mövzulara toxunmuşuq.
Bu dəfə isə yuxu pozalarından, daha doğrusu, cütlüklər arasındakı münasibətin yuxu pozalarında öz əksini necə tapmasından danışacağıq.
Araşdırmalar göstərib ki, cütlüklərin yuxu pozasından onların bir-birini həqiqətən sevdikləri və ya ayrılmaq üzrə olduqlarını anlamaq mümkündür.
“Goodbye Insomia” və “Hello Sleep” adlı kitabların yazarı psixiatr Samuel Dunkell düz 25 ildir ki, yuxu pozalarının mənalarını araşdırır.
Onun məqsədi insanların eşq həyatı ilə yuxu pozaları arasındakı əlaqəni öyrənməkdir.
Siz də son günlər partnyorunuzun soyuq davranışlarından şikayət edir və artıq sizi əvvəlki qədər sevmədiyini düşünürsünüzsə, mütləq yazımızı oxuyun.
Qaşıq pozası Bu pozada yuxuya gedən cütlüklərin evlilikləri, adətən, uzunmüddətli olur.