Zəfər Günü qələbəsi ilk xallar Norveçdə qazanıldı
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır. “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini Zəfər günündə qazandı
Norveçdə “Bodo-Qlimt”i 2:1 hesabıyla məğlub edən “atlılar” aktivinə ilk xalları yazdırdı.
Turnirdəki birinci üç matçında məğlub olan və şansları minimum qiymətləndirilən Qurban Qurbanovun yetirmələri yenidən hər kəsi müsbət mənada təəccübləndirdi.
Start heyətdə cinahlarda Aleksey Kaşuk və Emmanuel Addaiyə şans verən Qurbanov “Bodo-Qlimt”i də bu yanıltma ilə sınadı.
Oyuna rəqib daha sürətli başlasa da, “Qarabağ” real qol imkanı yarada bilirdi.
Lakin son dönəmlərdə formasından uzaq qalan Juninyo təkbətəki boşa verdi.
Birinci hissənin ortalarında səhnəyə çıxan Toral Bayramov möhtəşəm zərbə ilə hesabı açmağa nail oldu.
Qoldan sonra təzyiqini artıran “Bodo-Qlimt” fasiləyə qədər hesabı bərabərləşdirməyə də müvəffəq oldu.
Tam oxu
Xəbəri oxu