12 avqustda Yerin cazibə qüvvəsi yox olacaq? NASA iddialara cavab verdi
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, "TikTok" və "Instagram" kimi platformalarda yayılan paylaşımlardan sonra istifadəçilər bu məlumatın doğruluğunu araşdırmağa başlayıblar.
Artan suallardan sonra ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) məsələyə münasibət bildirib. NASA nümayəndəsi faktyoxlama platforması "Snopes"a açıqlamasında Yerin cazibə qüvvəsinin hətta qısa müddətə belə yox olacağına dair heç bir elmi əsasın olmadığını vurğulayıb.
Fizika mütəxəssisləri də bu iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Onların sözlərinə görə, cazibə qüvvəsi planetin kütləsindən yaranan fundamental fiziki təsirdir və onu “söndürmək” və ya qısa müddətə aradan qaldırmaq mümkün deyil.
Mütəxəssislər əlavə ediblər ki, hətta kosmosda baş verən cazibə dalğaları belə Yer üzərində hiss olunacaq dərəcədə cazibə dəyişikliklərinə səbəb olmur.
Alimlər vətəndaşlara sosial şəbəkələrdə yayılan bu cür sensasion məlumatlara ehtiyatla yanaşmağı və yalnız etibarlı elmi mənbələrə istinad etməyi tövsiyə edirlər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 06 Avqust 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















