Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

1,2 milyardlıq müflisləşmə: “Banklarda pulu qalanlar hələ də ümid edir ki, onlara nə isə qaytarılacaq”

1,2 milyardlıq müflisləşmə: “Banklarda pulu qalanlar hələ də ümid edir ki, onlara nə isə qaytarılacaq”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“4 oktyabrda “Bank Standard”ın müflisliyinin 10 ili tamam olur. Ondan əvvəl də, sonra da banklar müflis olub. Lakin bu, ən böyük müflislik idi. Həmin dövrdə bu bank əmanət həcminə görə birinci yerdə idi. Müflisliyin miqyası da fantastik idi – 1,2 mlrd manat yoxa çıxmışdı. Müflisliyin təqsirkarları çox idi: səhmdarlar, idarəçilər, Mərkəzi Bank və KPMG audit şirkəti. Heç kəs məsuliyyətə cəlb olunmadı”.

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib. O xatırladıb ki, hələ 2015-ci ilin sonundan başlayaraq bu bank əmanətləri qaytarmırdı: 

“Amma müştəriləri sakitləşdirdilər ki, hər şey yaxşı olacaq. Bankda müvəqqəti inzibatçılıq təyin olundu, dövlət ona vəsait ayırdı, amma həmin pulların da taleyi naməlum qaldı. 2016-cı ilin sentyabrında Mərkəzi Bankın sədri Elman Rüstəmov bu məsələdə də xalqı aldatdı. Çıxış edib dedi ki, banka dəstək göstəriləcək, amma bir neçə gün sonra “Bank Standard” ləğv olundu. Təkcə vətəndaşların orada 400 milyon manatdan çox pulu batdı.

2017-ci ilin aprel ayında bankda pulu qalmış vətəndaşlar və şirkətlər, yəni kreditorlar məni Kreditorlar Komitəsinin sədri seçdilər.  Ölkə tarixində ilk belə hal idi. Komitənin vəzifəsi ləğv prosesinə nəzarət etmək idi. Ləğvedici isə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) oldu.

Qısa müddətdə müəyyən etdik ki, bank devalvasiya ilə yanaşı, kimə gəldi böyük məbləğlərdə, yəni yüz milyonlarla təminatsız kredit verməklə məşğul olub. Bankın borcluları arasında yüksək vəzifəli məmurlara yaxın bizneslər və s. var idi. Bankın vəziyyəti çoxdan pis olsa da, Mərkəzi Bank problemlərə göz yumub, auditor isə həqiqətə uyğun olmayan rəylər verib. Bununla belə, bankın qaytarılmalı və satılmalı olan xeyli vəsaiti də var idi. Ümid edirdik ki, ƏSF vicdanla kreditləri qaytaracaq, əmlakları bazar dəyəri ilə satacaq. Lakin belə olmadı. Buna görə də Kreditorlar Komitəsini də neytrallaşdırdılar”.

Ekspert bildirib ki, həm bu bankda, həm müflisləşmiş digər banklarda ƏSF özbaşınalıq edir: 

“Fəaliyyətinə də nəzarət yoxdur. Guya Apellyasiya Məhkəməsi nəzarət edir, amma formal bir şeydir. Hətta rüblük ləğv planları bir illik gecikmə ilə məhkəmə tərəfindən təsdiq olunur. Məsələn, 2025-ci ilin IV rübünün planı 2026-cı ilin IV rübündə təsdiq olunur. Yəni bu, artıq plan da deyil, ədalət mühakiməsini ələ salmaqdır.

Bu nəzarətsizlik şəraitində ƏSF prosesi heç bir əsaslandırma olmadan uzadır. Çünki ləğv xərcləri bankın vəsaiti hesabınadır. Bu xərcləri də necə etdiyini bir Allah bilir, bir də ƏSF rəhbərliyi. Qohum-tanış üçün də yaxşı iş yeridir. Bu əsnada banka borclu olanlara əsassız güzəştlər edilir, elə bil dədələrinin puludur, məhkəmələrdə iddialar iddia müddətinin buraxılması ilə qaldırılır, kreditorlar arasında vəsait cığallıqla bölüşdürülür və s. və i.a. Qeyri-şəffaflıq şəraitində nə istəyirlər edirlər”.

Ekpert iddia edib ki, bütün bu hallar da ƏSF-ə 2020-ci ildən rəhbərlik edən Tural Piriyevin dövründə daha da şiddətlənib, qeyri-şəffaflıq pik həddə çatıb: 

“BDU-nun hüquq fakültəsini birtəhər qurtarıb, ölkənin ən aşağı səviyyəli hüquqşünaslarından biri idi. Amma yaxşı əlaqə qurmaq qabiliyyəti var. Bunun hesabına da yekunda ƏSF kimi ən “yağlı” yerin rəhbəri oldu. Nəzarət yox, əlində isə milyardlar. Banklarda pulu qalanlar isə hələ də ümid edir ki, onlara nə isə qaytarılacaq...

Hüquq-mühafizə orqanları məsələ ilə maraqlansa, onlara təklifim var. Məni pulsuz ekspert kimi cəlb edin, ləğv prosesində olan istənilən bankın bütün sənədləri ilə tanış olmaq imkanı yaradın, uzağı 3 ay ərzində xeyli pozuntunun üstünü açıb qabağınıza qoyum”.

Xəzər
“Cebheinfo.az” 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see338

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see306

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see293

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see290

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see281

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see281

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see248

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see208

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see204

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see202

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see200

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see197

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see194

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see192

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see189

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see186

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see166

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri