18 yaşında UCL i yarımçıq qoyan azərbaycanlı 4 milyon dollar investisiya aldı
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Azərbaycanlı startapçı Selin Talışinskayanın həmtəsisçisi olduğu "Suna Health" həzm sistemini izləyən geyilə bilən cihazın inkişafı üçün təxminən 4 milyon dollar pre-seed investisiya cəlb edib.
Qaynarinfo "Tech.az"a istinadən xəbər verir ki, şirkətin hazırladığı sensor patch qarın nahiyəsinə taxılır və mədə-bağırsaq fəaliyyətini davamlı izləyir. Süni intellekt əsaslı sensorlar həzm və bağırsaq fəaliyyətindəki dəyişiklikləri, qida qəbulunun təsirlərini və yuxu zamanı bərpa prosesini analiz edir.
Cihazın batareyası 200 saata qədər işləyir və "on-device machine learning" texnologiyası bağırsaq səslərini real vaxt rejimində təsnif edir. Şirkətin gözləmə siyahısında artıq 28 mindən çox insanın olduğu bildirilir.
"Suna Health" ənənəvi fitness trekerlərindən fərqli olaraq ürək döyüntüsü və fiziki aktivlik əvəzinə həzm sisteminin davamlı monitorinqinə fokuslanır. Startap Selin Talışinskaya və NHS-də həkim-rezident Dr. Chad Okay tərəfindən təsis edilib.
Talışinskaya 18 yaşında London Universitet Kollecində (UCL) təhsilini yarımçıq qoyaraq Dr. Chad Okay ilə birlikdə bu texnologiyanın hazırlanmasına başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 Sentyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















