Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

“Həkim məsləhəti” rubrikamızda

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

32 MİN DİPLOMLU ŞƏXS İŞ NÖVBƏSINDƏ Niyə ölkədə ali təhsilli işsizlər artıb?

32 MİN DİPLOMLU ŞƏXS İŞ NÖVBƏSINDƏ Niyə ölkədə ali təhsilli işsizlər artıb?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayı son bir ildə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il avqustun 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 247,1 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faiz çoxdur. Eyni zamanda, işsizlərin strukturunda ali təhsilli şəxslərin sayında da ciddi artım qeydə alınıb.

2025-ci il avqustun 1-də qeydiyyatda olan işsizlərin sayı 231,3 min nəfər olduğu halda, bir il ərzində bu rəqəm 15,8 min nəfər artıb. Qeydiyyatda olan işsizlərin 52,8 faizini qadınlar təşkil edib. Ötən ilin eyni tarixində isə qadınların payı 49,7 faiz olub.

Digər tərəfdən, ölkədə məşğul insanların sayı 5 milyon 146 mindən çoxdur və rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi 5 faiz civarındadır.

İşsizliklə bağlı digər diqqətçəkən məqam ali təhsilli şəxslərlə bağlıdır. Belə ki, 2025-ci ilin sonunda 31 min 785 ali təhsilli şəxs işsiz kimi qeydiyyatda olub. 2024-cü ildə bu göstərici 26 min 898 nəfər təşkil edib. Beləliklə, ali təhsilli qeydiyyatlı işsizlərin sayı bir il ərzində 4 min 887 nəfər və ya 18,2 faiz artıb. Onların 16 min 334 nəfəri qadın, 15 min 451 nəfəri isə kişilər olub.

Ümumilikdə isə qeydiyyatda olan işsizlər arasında ən böyük qrupu tam orta təhsilli şəxslər təşkil edir. Bu kateqoriyadan olan işsizlərin sayı 130 min 777 nəfərdir.

Təhsil eksperti Elçin Əfəndi "AzPolitika"-ya açıqlamasında bildirib ki, əmək bazarında tələbat olmayan ixtisaslar üzrə plan yerlərinin çoxaldılması gələcəkdə ali təhsilli işsizlərin sayının artmasına səbəb olur.


Onun sözlərinə görə, son dövrlərdə bu tendensiya daha çox müşahidə edilir: “Əmək bazarında tələbatı olmayan sahələrə, xüsusilə ixtisaslaşma mərhələsində çoxlu sayda tələbə qəbul edildiyi zaman, gələcəkdə həmin ixtisaslarla bağlı iş çatışmazlığı problemi ilə üzləşirlər. Bu da əmək bazarında ali təhsilli işsiz ordusunun formalaşmasına gətirib çıxarır. Biz bunu ötən dövrlərlə müqayisə etdikdə yeni dövrdə daha çox müşahidə edə bilirik. Son dövrlərdə ali təhsil müəssisələrində artan plan yerləri ilə əmək bazarında məzunlar üçün mövcud iş yerlərinin məhdudluğu arasında yaranan fərq də işsiz ordusunun formalaşmasına təsir göstərir. İxtisaslı kadrların çox olması, əlbəttə ki, onların işlə təminatına təsir göstərir".

Ekspert qeyd edir ki, məzunlar əmək bazarında tələbat olmayan ixtisasları seçməklə, sadəcə ali təhsil almaq xatirinə təhsil almağa üstünlük verdiklərindən, məzun olduqdan sonra da işlə bağlı çətinliklərlə üzləşirlər: "Bu da, əlbəttə, statistikaya mənfi təsir göstərir. Düşünürəm ki, gələcəkdə əmək bazarında daha az tələbat olan ixtisaslara deyil, daha çox tələbat olan ixtisaslara plan yerlərinin artırılmasına üstünlük verməliyik. Beləliklə, tələbələr müasir dövrün tələblərinə uyğun ixtisaslara yönəlməklə ən azı gələcək iş imkanlarını əvvəlcədən qazanmış olarlar. Bir məsələ də universitetdə təhsil alan tələbələrin təcrübə məsələsinə diqqət yetirilməsidir. Onlar ən azı üçüncü kursdan etibarən təcrübəyə başlamalıdırlar. Belə olduqda, hansısa iş yerinə müraciət edərkən onlardan təcrübə tələb olunanda, artıq universitetdə təhsil aldıqları müddətdə təcrübə keçmiş kadr kimi özlərini təqdim edə bilərlər. Bu da müəssisələrin onları işə qəbul etməsi baxımından üstünlük yarada bilər".

E. Bəyməmmədli

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Sentyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see453

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see273

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see268

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see259

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see252

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see245

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see243

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see240

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see236

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see232

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see226

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see202

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see184

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see183

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see181

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see178

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see177

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see171

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see169

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri