39 yaşlı ulduz dayanmaq bilmir 1957 ci ildən qalan rekordu təzələdi
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Argentina milli komandasının və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İslandiya ilə keçirilən yoldaşlıq oyununda (3:0) növbəti tarixi uğura imza atıb.
“Qafqazinfo” xəbər verir ki, İslandiya millisi üzərində qazanılan inamlı qələbə Messi üçün ikiqat yaddaqalan olub.
O, bu qarşılaşmada Argentina yığmasının heyətində özünün 199-cu rəsmi oyununa çıxıb və millidəki 117-ci qolunu vurub.
Bu qolun əsas özəlliyi ondan ibarətdir ki, Messi Argentina milli komandasının tarixində qol vuran ən yaşlı futbolçu adını qazanıb. Bununla da o, onilliklər boyu yenilənməz qalan tarixi rekordu qırmağı bacarıb.
Yığmada qol vuran ən yaşlı oyunçu rekordu bundan əvvəl Anhel Labrunaya məxsus idi. Labruna 1957-ci ildə Braziliya millisinin qapısına yol taparkən 38 yaş 9 ay 10 günlüyündə idi. İndi isə bu rekord Messiyə keçib.
Xatırladaq ki, dünya çempionatına hazırlaşan son dünya çempionu Argentina yığması DÇ-2026-nın qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya milliləri ilə üz-üzə gələcək.
Baxış sayı:196
Bu xəbər 10 İyun 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















