Icma.az
close
up
RU
4 oktyabr Cəbrayılın azadlıq və quruculuq salnaməsi

4 oktyabr Cəbrayılın azadlıq və quruculuq salnaməsi

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edildiyi, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış ümidlərinin gerçəkləşməyə başladığı gündür. Cəbrayıl şəhəri günü həm də xalqımızın iradəsini, Azərbaycan Ordusunun qəhrəmanlığını və dövlətimizin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa işlərini əks etdirir.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl rayon zəngin iqtisadi və mədəni infrastruktura malik idi. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur, rayonda məktəblər, xəstəxanalar, sənaye müəssisələri və çoxsaylı mədəniyyət ocaqları fəaliyyət göstərirdi. İşğal nəticəsində bu infrastruktur dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan dəydi, 52 minə yaxın insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Bununla belə, Cəbrayıl sakinlərinin doğma torpağa qayıtmaq inamı heç vaxt sarsılmadı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu arzunun gerçəkləşməsi üçün tarixi imkan yaratdı. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində sentyabrın 27-də rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də bir sıra digər yaşayış məntəqələri azad edildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndi işğaldan azad olundu. Bu qələbə müharibənin sonrakı gedişinə də ciddi təsir göstərdi. Cəbrayıl əməliyyatı düşmənin müdafiə xətlərinin yarılması, Xocavənd və Hadrut istiqamətində irəliləyiş, eləcə də Zəngilan və Qubadlının azad edilməsi üçün mühüm zəmin yaratdı.

Cəbrayılın azad olunması hərbi uğur olmaqla yanaşı, böyük mənəvi və tarixi əhəmiyyət daşıyırdı. Xudafərin körpülərində Azərbaycan bayrağının ucaldılması bunun ən parlaq nümunələrindən biridir. Prezident İlham Əliyevin 2020-ci il noyabrın 16-da Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaltması Azərbaycanın tarixi torpaqlarında suverenliyinin bərpasının rəmzinə çevrildi. Bu hadisə həm də xalqımızın milli yaddaşında xüsusi yer tutan tarixi məkanların yenidən öz həqiqi sahiblərinə qayıtmasını ifadə edirdi.

Cəbrayılın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə dağıdılmış ərazilərin bərpası və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi idi. Bu prosesin həyata keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi və birbaşa rəhbərliyi mühüm rol oynayır. Dövlət başçısının azad edilmiş ərazilərə müntəzəm səfərləri, infrastruktur və sosial layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı bərpa işlərinin ardıcıl şəkildə həyata keçirilməsinə verilən xüsusi önəmi göstərir. Cəbrayılın gələcək inkişafına dair qərarlar da bu siyasətin tərkib hissəsidir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı rayonun iqtisadi potensialının reallaşdırılması baxımından mühüm layihədir. Burada logistika, ticarət, anbar və istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Sənaye parkının fəaliyyəti yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və Cəbrayılın regionun iqtisadi həyatında rolunun artmasına imkan verəcək. Eyni zamanda, avtomobil yollarının çəkilməsi, elektrik yarımstansiyalarının və alternativ enerji obyektlərinin yaradılması rayonun uzunmüddətli inkişafı üçün möhkəm infrastruktur formalaşdırır.

Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi də bərpa prosesinin sistemli xarakter daşıdığını göstərir.

Aydın Hüseynov

Millət Vəkili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Oktyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri