Icma.az
close
up
RU
“44” Vətən müharibəsinin tarixi həqiqətlərini gələcək nəsillərə çatdıran əsas filmlərdən biri olacaq

“44” Vətən müharibəsinin tarixi həqiqətlərini gələcək nəsillərə çatdıran əsas filmlərdən biri olacaq

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsini, tarixi yaddaşın qorunub saxlanması məqsədi daşıyan “44” bədii filmi tezliklə ictimaiyyətə təqdim ediləcək. Moderator.az saytı bu film haqqında müsahibə hazırlayıb. Müsahibəni Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi tələbəsi Ayxan Cəfərov Kinorejissor-rəssam Qalib Mirzəliyevlə aparıb. 

- “44” bədii filmi Vətən müharibəsinin tarixi həqiqətlərini və Azərbaycan əsgərinin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq baxımından hansı missiyanı yerinə yetirə bilər?

”Mən hələ ki sadəcə bu filmin tereylerinə baxmışam və bu filmin sadəcə treylerinə baxmaq onu deməyə kifayət edir ki, bu filmin ərsəyə gəlməsində böyük əmək və zəhmət var.Bu treyler Kinotexnika, aktyorların oyunu mümkün qədər reallıq ilə əks edildiyi treyler idi. Filmin aktyorlarından İlqar Musayevi şəxsən tanıyıram, hətta bir sıra proyektlərdə birgə fəaliyyət göstərmişik. Çox istedadlı aktyorlarımızdan biridir. Bu film Vətən müharibəsinin tarixi həqiqətlərini və Azərbaycan əsgərlərinin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq baxımından əsas missiyanı yerinə yetirir. Sadəcə mənfi nüanaslardan biri də filmdə pafosun həddən artıq olmasıdır. Əslində bu pafosun çoluğu bizim vətənpərvər ruhumuzun nəticəsidir. Sadəcə problem oradadır ki, filmdəki pafos əsasən Avropa, Amerika  filmlərindəki pafos var. Yaxşı olardı ki, öz milli pafosumuz olsun. Filmdəki hayqırışlar belə öz ata-babalarımızın hayqırışları olsa idi, yaxşı olardı. Yəni, filmdəki backgraund hissələr əsasən xarici (Avropa) film yaradıcılığından götürülüb, bunlar öz milli pafosumuz ilə əvəz edilsə idi, film daha gözoxşayan ola bilərdi. Bunlara baxmayaraq, filmin Vətən müharibəsi tarixi həqiqətlərini əks etdirən əsas filmlərdən biridir, Vətən müharibəsi həqiqətlərini əks etdirəm filmlər sırasında əsas filmlərdən biridir.” 

-Müharibə mövzusunda çəkilən filmlərdə emosional təsir yaratmaqla tarixi faktların dəqiq təqdim olunması arasında balans necə qorunmalıdır və “44” filmi bu baxımdan hansı gözləntiləri formalaşdırır?

 “ məsələn, “Bizim Cəbiş müəllim” filmi 1969-cu ildə çəkilib, acaq 2-ci dünya müharibəsinin bitməsindən 24 il keçdikdən sonra çəkilib. Yəni, müharibədən 24 il sonra çəkilmiş filmdə belə müharibə ab-havası, emosional təsir olduqca güclü şəkildə hiss olunur. Ümid edirəm, bizim hazırda çəkilən filmlərimizdə (“44” filmi də daxil olmaqla) məhz o filmlərdə hiss olunan müharibə ab-havası hiss oluar. Ümumiyyətlə, müharibə mövzusunda çəkilən filmlərdə emosional təsir yaratmaqla tarixi faktların dəqiq təqdimatı arasındakı balans gerçəklik ilə qorunur. Yəni tarixi faktlara əsaslanaraq emosional təsir yaratmaq daha düzgün hesab etmək olar. Biz inanırıq ki, “44” bədii filmi də bu qəbildən filmlərimizdən olacaq. “Bizim Cəbiş müəllim” filmində 2-ci dünya müharibəsi ab-havası hiss edilir. Mən istərdim ki, 2-ci Qarabağ müharibəsi artıq bizim müasir dövrümüzdür, məhz bu səbəbdən bu şanlı qələbəni, o müharibə zamanı dünya azərbaycanlılarının ayağa qalxdığı müharibənin ab-havasının, emosional təsirinin duyulduğu filmlərim sayı artsın. “44”bədii filmi də bu filmlərdəndir. Ümumiyyətlə, növbəti filmlərimizin əksəriyyəti Vətən, vətənpərvərlik, Azərbaycan xalqının bir yumruq olması mövzusunda çəkilsə daha yaxşı olar. Bu mövzulardakı filmlər bizim milli ruhumuza, vətənpərvərliyimizə müsbət təsir göstərir. Bizim “44” bədii filmindən gözləntilərimiz də məhz bunlardır.”

     - Filmin çəkilişlərinin işğaldan azad edilmiş ərazilərdə aparılması, aktyorların hərbi hazırlıq keçməsi və beynəlxalq aktyor heyətinin iştirak etməsi ekran əsərinin həm bədii keyfiyyətinə, həm də beynəlxalq auditoriyaya təsirinə necə töhfə verə bilər?

 “Ümumiyyətlə, filmin “görən gözü, beyni” operatordursa, filmin ruhu isə kinorejissordur. Filmin auditoriyaya təsiri bu iki komponentin vəhdəti nəticəsində daha da gözoxşayan ola bilər. Kino ssenarist filmin sadəcə “sklet”-i çəkir, ancaq rejissor həmin yazıya can verir, onu canlandırır. Düşünürəm ki, film 2-ci Qarabağ müharibəsi mövzusundadırsa, sözsüz ki, film müharibə nəticəsində işğaldan azad edilmiş ərazilərdə çəkiləcək. Bizə məlumdur ki, film Füzuli, Ağdam,Şuşa, Cəbrayıl, Xocavənd,Goranboy və Xızı, Gəncə, Lerik Bakı və Abşeronda aparılıb. Akryorların hərbi hazırlıq keçməsinin isə bir neçə səbəbləri var. İlk olaraq, reallğı artırmaq üçün– Aktyorlar silahdan düzgün istifadəni, hərbi yürüşü, döyüş mövqelərini, əmrlərin icrasını və hərbi intizamı öyrənirlər. Bu, səhnələrin daha inandırıcı görünməsini təmin edir. Əlavə olaraq isə hərbiçiləri doğru canlandırmaq, çəkiliş zamanı təhlükəsizliyi təmin etmək, fiziki hazırlığı artırmaq və s. üçün hərbi hazırlıq olduqca vacibdir. Beynəlxalq aktyorlardan danışdıqda isə bu filmdə Özgə Gürəlin rol aldığı da məlumdur. Mənə görə bir filmdə rejissorun təxəyyülünü hər hansısa əcnəbi aktyor və ya aktirisa aça bilirsə, peşəkar formada göstərə biləcəksə və rejissorun istədiyini həmin aktyor verə biləcəksə, Azərbaycanda da həmin əcnəbi aktyorun rolunu aça bilən və ya oynaya bilən aktyor yoxdursa, bu zaman əcnəbi aktyorlardan istifadə edilə bilər. Hətta mən bu işləri alqışlayıram. Buna görə ki,xarici aktyorların bizim filmlərimizdə eləcə də “44” filmində rol alması,demək, bizim filmlərimizin büdcəsi ona imkan verir. Bu qəbildən filmlər beynəlxalq auditoriyaya ünvanlandığından bayaq qeyd etdiyim kimi Avropa, Amerika pafosu daha çox hiss edilir. 

-Son illər Vətən müharibəsinə həsr olunan filmlərin sayı artır. Sizcə, “44” filmini digər ekran əsərlərindən fərqləndirəcək əsas xüsusiyyətlər nələr ola bilər və bu film tamaşaçının yaddaşında qalıcı iz buraxmaq üçün hansı meyarlara cavab verməlidir?

 “Bayaq qeyd etdiyim kim Azərbaycan kino tarixində müharibə mövzusu ətrafında bir neçə filmlər çəkilib. Bayaq nümunə olaraq da “Bizim Cəbiş müəllim” filmini göstərdim. “44” bədii filmdə  o dövr,, hatta 14 İyul 2020-ci ildən başlyan hərəkat, bütün ümumdünya azərbaycanlılarının hərəkatı  əks olunmalıdır. Həqiqətən bir azərbaycanlını riqqətə gətirən, həyəcanlandıran və onun göz yaşlarına səbəb olan, qürurlandıran bir film olmalıdır. Məhz bu dediklərim bir növ “44” filminin tamaşaçıların yaddaşında qalıcı iz buraxmaq üçün əsas meyarlar hesab etmək olar. Yəni “44” filmində  məhz o dövrün, hətta dediyim kimi 2020-ci ilin İyulundan başlayan dövrün, Polad Həşimovun şəhid olmasından sonra Vətən müharibəsinin başlanması  bildirilməlidir və bu proses də tamaşaçının yaddaşında iz buraxması üçün peşəkar formada təsvir edilməlidir.  Məhz “44” bədii filmini digər filmlərdən fərqləndirən xüsusiyyət bunu hesab etmək olar.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Avqust 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri