700 min insan onu görmək üçün axın etdi FOTO
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Cənubi Koreyanın Busan şəhərində kanalda qalan köpəkbalığına tamaşa etmək üçün əraziyə 700 mindən çox insan gəlib.
“Yeni Sabah” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, sentyabrın 18-də şəhərin Şimal limanındakı kanalda görünən 3,5 metr uzunluğundakı köpəkbalığını açıq dənizə çıxarmaq cəhdləri hələlik nəticə verməyib.
Oktyabrın 2-də keçirilən ikinci xilasetmə əməliyyatı zamanı xüsusi tordan istifadə olunub. Lakin torun kanalın dibinə ilişməsi səbəbindən əməliyyat dayandırılıb. Çıxışa yaxınlaşdırılan köpəkbalığı ertəsi gün yenidən kanalın içərisinə qayıdıb. pizza hut
“Bukangi” adı verilən köpəkbalığı qısa müddətdə böyük marağa səbəb olub. Hətta ona Busan şəhərinin fəxri səfiri adı verilib.
Əraziyə çoxsaylı ziyarətçilərin gəlməsi ilə əlaqədar sahilboyu parkda patrul nəzarəti gücləndirilib./unikal
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Oktyabr 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















