Icma.az
close
up
RU
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı FOTO/VİDEO

8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı FOTO/VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bakıda taksi sürücüsünün aqressiv davranışı sərnişinlərin narazılığına səbəb olub.
Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, onlar sifariş edən zaman üç ünvan əlavə ediblər. Marşrut metronun "Koroğlu" stansiyası, Bakıxanov qəsəbəsini və son olaraq Zığ ərazisini əhatə edib.
 

"Koroğlu" stansiyası yaxınlığında, "Piramida" adlanan ərazidə sərnişinlərdən biri avtomobildən düşdükdən sonra sürücü digər sərnişinlərdən də avtomobili tərk etmələrini tələb edib.


İddia olunur ki, sürücü "Mən üç dayanacağa gedə bilmərəm" deyərək sifarişi davam etdirməkdən imtina edib. Digər sərnişinlər isə marşrutun tətbiqdə əvvəlcədən göstərildiyini xatırladaraq, sifarişi son ünvana qədər yerinə yetirməsini tələb ediblər.
Şikayətçinin iddiasına əsasən, bundan sonra sürücü aqressiv davranış sərgiləyib, avtomobili yüksək sürətlə idarə edərək qəza şəraiti yaradıb və sərnişinləri ölümlə hədələyib. Bildirilir ki, o, "Sizi cəhənnəmə aparacağam" ifadəsini işlədib.
Hadisə zamanı avtomobildə olan sərnişinlərdən birinin 8 aylıq hamilə olduğu qeyd edilir. İddiaya görə, sürücü onları "Koroğlu"da düşürərək hadisə yerindən uzaqlaşıb. Yaşadığı güclü qorxu və stres nəticəsində hamilə qadının səhhəti pisləşib.
 

Xanım vurğulayıb ki, hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə şikayət ünvanlanıb. O iddia edir ki, həmin sürücünün daha öncə Rusiyada qəsdən cinayətə təşəbbüs göstərdiyi üçün həbs edildiyini öyrənib.


Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, həmin taksi sürücüsünün və nəqliyyat vasitəsinin taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib.
Qeyd olunub ki, taksi ilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür:
"Sözügedən məsələ ilə bağlı da artıq həmin nəqliyyat vasitəsinin və sürücünün taksi fəaliyyətinə məhdudiyyət tətbiq edilib. Taksi fəaliyyətinə dair icazələr verilərkən qanunvericilikdə məhkumluğa dair sənədin istənilməsi ilə bağlı hər hansı tələb yoxdur.
Xatırladaq ki, sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Avqust 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see405

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see286

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see246

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see239

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see215

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see191

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see185

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see181

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see178

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see178

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see177

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see175

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see170

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see168

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see159

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see156

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see154

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see150

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri