9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır
Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Fond Birjasının Listinq Komitəsi dövlətə məxsus “AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının ticarətə buraxılması barədə qərar qəbul edib.
Marja xəbər verir ki, 2 iyun 2026-cı il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə şirkətin istiqrazları üzrə “Ticarətə İcazə” verilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qiymətli kağızların yerləşdirilməsi üzrə hərracın 8 iyun 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, istiqrazların buraxılış həcmi 5 milyon ABŞ dolları təşkil edir. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 50 min ədəd istiqraz yerləşdiriləcək.
İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı formada buraxılır. Qiymətli kağızlar üzrə illik gəlirlilik 9% müəyyən edilib.
Faiz ödənişləri buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir həyata keçiriləcək.
İstiqrazların tədavül müddəti 2 il təşkil edir. Yerləşdirmə kütləvi və birqiymətli hərrac üsulu ilə aparılacaq.
Emissiyanın anderrayteri “Troni İ.Ş.” QSC-dir.
XXX
2 iyun 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin 5 milyon manatlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 08.06.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "AZƏRMAŞ GROUP" MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2002027301
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 50 000 ədəd
İlkin ticarət qiyməti: 100 ABŞ Dolları
İstiqrazların buraxılış həcmi: 5 000 000 ABŞ Dolları
İllik gəlirlilik faizi: 9%
Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: 08.06.2026
Anderrayter: "Troni İ.Ş.” QSC
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:254
Bu xəbər 03 İyun 2026 01:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















