Icma.az
close
up
RU
“A Bola”: Ronaldo millinin baş məşqçisinə yığmanı tərk etmək qərarı barədə məlumat verməyib

“A Bola”: Ronaldo millinin baş məşqçisinə yığmanı tərk etmək qərarı barədə məlumat verməyib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

2016-cı il futbol üzrə Avropa çempionu Kriştiano Ronaldo Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşa yığmanı tərk etmək qərarı barədə məlumat verməyib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti yazıb.

Noyabrın 5-də Ronaldo Portuqaliya millisində çıxışını başa çatdırdığını açıqlayıb. “A Bola”nın məlumatına görə, Ronaldo ilə Jorje Jezuş sentyabrın 30-dan bəri danışmırlar.

Sentyabrın 30-da, təlim-məşq toplanışının ortasında Ronaldo Portuqaliya millisinin düşərgəsini tərk edib. Futbolçunun sözlərinə görə, buna səbəb Jorje Jezuşun iki dəfə ona verdiyi vədləri pozması olub. O, Millətlər Liqasının yeni mövsümündə Uels yığmasına qarşı keçirilən ilk oyunda (1:0) iştirak edib, Norveç millisi ilə qarşılaşmada (2:1) isə ehtiyat oyunçular skamyasında qalıb. Futbolçunun özünün bildirdiyinə görə, əslində həmin oyunda meydana çıxması nəzərdə tutulmayıb. Lakin baş məşqçi ondan 30 dəqiqə oynamağa hazır olmasını istəyib və isinmə hərəkətləri etmək üçün meydana göndərib. Buna baxmayaraq, Ronaldo oyuna daxil edilməyib.

Portuqaliya Futbol Federasiyası daha sonra hücumçunu bir ay müddətinə Portuqaliya milli komandasında oynamaqdan məhrum etdi. Cəza müddəti bitmək üzrə olduğundan, o, Millətlər Liqasının Danimarka (14 noyabr) və Uels (17 noyabr) ilə oyunlarında iştirak etmək hüququna malik idi.

41 yaşlı Ronaldo UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində vurulan qolların sayına görə rekordlara sahibdir.

Futbolçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Hücumçu karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” komandalarında da oynayıb.

Ronaldonun karyerası ərzində vurduğu qolların sayı 985-ə çatıb. Bunlardan 150-si milli komanda, 835-i isə klub səviyyəsində vurulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri