ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin sədrinə sanksiya tətbiq etdi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
ABŞ Maliyyə Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri, yapon hakim Tomoko Akaneyə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında bildirilir.
Sanksiya siyahısına, həmçinin BCM-nin vəkili Abdullaye Seye də daxil edilib. ABŞ Maliyyə Nazirliyi bu şəxslərlə bağlı maliyyə əməliyyatlarının aparılmasını qadağan edib. Sanksiyalar həmin şəxslərin birbaşa və ya dolayı yolla 50 faiz və ya daha çox paya sahib olduğu hüquqi şəxslərə də şamil olunur.
ABŞ iyul ayında Beynəlxalq Cinayət Məhkəməsinə qarşı daha geniş tədbirlərə başlayacağını açıqlamışdı. Vaşinqton BCM-ni ABŞ-ın suverenliyinə təhlükə yaratmaqda ittiham edir.
ABŞ hökumətinin mövqeyinə görə, BCM amerikalı hərbçilərlə bağlı araşdırmalara başlayıb və bu işləri dayandırmaqdan imtina edir. Vaşinqton buna cavab olaraq məhkəmə əməkdaşlarına qarşı sanksiyalar tətbiq etməyi, onların vizalarını ləğv etməyi və digər ölkələri Roma Statutuna əməl etməməyə çağırmağı planlaşdırır.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 18 Avqust 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















