ABŞ Federal Təhqiqatlar Bürosunun axtardığı haker İordaniyada ələ keçirildi
Icma.az bildirir, Avtosfer portalına istinadən.
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları barədə məlumatları oğurlamaqda şübhəli bilinən "ShinyHunters" haker qrupunun əsas üzvlərindən biri İordaniyada saxlanılıb.
Avtosfer.az "Reuters"ə istinadən xəbər verir ki, məsələ ilə tanış üç mənbə Seyf əl-Din Xaderin bu həftə İordaniya hakimiyyəti tərəfindən saxlanıldığını bildirib.
Mənbələrdən ikisinin sözlərinə görə, Xader FTB ilə əməkdaşlıq edir və qrupun digər hakerlərinin müəyyənləşdirilməsinə kömək göstərir.
Qurum konkret həbs və ya xaricdə aparılan əməliyyatla bağlı şərh verməyib.
Bununla belə, büro "ShinyHunters" ilə əlaqələndirilən son kiberinsidenti araşdırdığını və tərəfdaşları ilə əməkdaşlıq edərək artıq bir neçə şəxsin saxlanılmasına nail olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 04 Oktyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















