ABŞ ordusu PUA lara qarşı lazer sistemi üzrə ilk müqaviləni imzalayıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 3 sentyabr, AZƏRTAC
ABŞ ordusu pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün yüksək enerjili lazer silah sisteminin istehsalına dair ilk müqaviləni imzalayıb.
AZƏRTAC xəbər verir ki, müvafiq saziş “AeroVironment” (AV) şirkəti ilə yüksək güclü davamlı döyüş lazerinin (E-HEL) istehsalı proqramı çərçivəsində bağlanıb.
ABŞ Ordusunun Baş Qərargah rəisinin müavini, general Kristofer La Neve bildirib ki, bu istiqamətləndirilmiş enerji proqramı hərbi bölmələrə pilotsuz sistemlərlə mübarizə aparmağa imkan verəcək.
Ordunun məlumatına görə, E-HEL sistemi PUA-ları raketlərlə müqayisədə daha aşağı xərclə məhv edə bilər. Elektrik enerjisi ilə işləyən sistem yüksək enerjili lazer şüası yaradır və bir atəşin maya dəyərinin aşağı olması ilə seçilir.
Sistemin stasionar bazalarda, yarıstasionar taktiki mövqelərdə və mobil döyüş maşınlarında yerləşdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 Sentyabr 2026 04:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















