ABŞ SEPAH la əlaqəli üç aviaşirkət və iki təyyarəyə tətbiq olunan sanksiyaları ləğv edib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli üç aviaşirkət və iki təyyarəyə qarşı tətbiq edilmiş terrorizmə qarşı sanksiyaları ləğv edib.
Bu barədə "Reuters" məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, sözügedən aviaşirkətlər və təyyarələr artıq terrorizmlə əlaqədar sanksiyalar siyahısında yer almır.
Hələlik ABŞ administrasiyası sanksiyaların ləğv edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.
Bu addım ABŞ ilə İran arasında danışıqların davam etdiyi və Vaşinqtonun yaxın günlərdə Tehranla mümkün razılaşmanı elan edə biləcəyi barədə xəbərlərin yayıldığı vaxta təsadüf edir.
Bu mövzuda digər xəbərlər:ABŞ İranla əlaqəli şirkətlərə qarşı sanksiyaları genişləndirir
13 Mart 2025 19:40
ABŞ HƏMAS və Müsəlman Qardaşlar la əlaqəli şəxslərə sanksiya tətbiq edib
24 İyul 2026 11:38
ABŞ Hizbullah la əlaqəli 9 məmura qarşı SANKSİYA tətbiq edib
22 May 2026 01:01
ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
22 İyul 2025 18:53
ABŞ Belarusla əlaqəli bir sıra şirkətlərə qarşı sanksiyaları ləğv etdi
22 Avqust 2025 12:13
Baxış sayı:146
Bu xəbər 05 Avqust 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















