Icma.az
close
up
RU
Adnanın xanımından ölkəni qarışdıracaq gedişat sürpriz hazırlayır?

Adnanın xanımından ölkəni qarışdıracaq gedişat sürpriz hazırlayır?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərovanın övladları ilə birlikdə Azərbaycanı tərk edərək Londona köçməsi yeni suallar doğurub. Onun bundan sonra İngiltərədə yaşayacağı bildirilir. Hazırda Cəfərovanın orada ərinin “intiqamını” almaq üçün hərəkətə keçə biləcəyi iddia edilir.

Qeyd edək ki, Londonda Beynəlxalq Bankın keçmiş rəhbəri, 10 ildir həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva da yaşayır. O, zaman-zaman İngiltərə mediasının hədəfinə gəlib. Hətta Hacıyevanın bahalı xərcləmələri ölkənin hüquq-mühafizə orqanlarının, məhkəməsinin diqqətini çəkdiyi üçün onu sorğu-sual ediblər.

İş adamının həyat yoldaşı təhlükə yarada bilərmi? 

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, hər kəsin yaşamaq üçün öz seçimi var:

Fazil Mustafa

“Ümumiyyətlə, Adnan Əhmədzadənin ailəsinin hara köçməsi və hansı işlə məşğul olması maraq dairəmə uyğun deyil. Əgər qadın cinayətkar deyilsə və ya barəsində cinayət işi açılmayıbsa, bir nəfərin həbsi ona aid ola bilməz. Hər kəs fərdi məsuliyyət daşıyır. Ona görə də harasa köçmək, hansısa sözü demək hüquqi nəticə yaratmır. Bu baxımdan, belə məsələlərin şərh edilməsi doğru sayılmır. İnsanları öncədən şübhə ilə ittiham etmək insan haqlarına ziddir”.

AĞ Partiya sədri Tural Abbaslı isə məsələyə fərqli yanaşır:

Həbs olunan şəxslərin həyat yoldaşlarının xaricə gedəndə mümkün fəaliyyəti önəmli deyiı. Əsas odur ki, onlar dövlətin mülkünü, xalqın vəsaitini aparırlar? Orada həmin pulların geri qayıtmasına mane olurlar? Məsələn, Cahangir Hacıyevin həyat yoldaşı hələ də Azərbaycandan çıxarılan vəsaiti yeyir, qaytarılmasına mane olur. Bu, araşdırılmalıdır”.

Tural Abbaslı

Partiya sədri bildirib ki, Gülsəfa Cəfərovanın ərini müdafiə etməsi normal haldır:

“Adnan Əhmədzadənin həyat yoldaşı “Ərim həbs edilib, buna qarşı çıxın” deməsini də gözləmək olmaz. Əgər Londonda onun hüquqi müdafiə üçün imkanı varsa, əlbəttə istifadə edəcək. Gülsəfa Cəfərovanın cinayət fəaliyyəti olsaydı, hüquq-mühafizə orqanları ölkədən çıxmasına icazə verməzdi. Deməli, onun baş verənlərlə əlaqəsi yoxdur və xanım orada istədiyi fəaliyyətlə məşğul ola bilər. Ölkəmizin vəsaitlərinin taleyi və hüquqi proseslərin gedişi daha önəmlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see162

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see134

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see128

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see126

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see125

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see124

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see124

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see123

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see123

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see121

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see120

Ayxan Abbasov Azərbaycan futbolunun qarşısındakı problemlərdən danışıb

12 Noyabr 2025 22:27see118

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri