Ağıllı nəqliyyatın görünməyən təhlükəsi: Elektrikli avtobuslar artıq kiberməkanın bir hissəsidir
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu hadisə sübut edir ki, ağıllı nəqliyyat sistemlərinin yayılması ilə yanaşı, milli təhlükəsizlik, məlumat suverenliyi və kritik infrastrukturun qorunması məsələləri də nəqliyyat siyasətinin ayrılmaz hissəsinə çevrilir.
İctimai nəqliyyat vasitələrinin daimi onlayn rejimdə istehsalçı serverlərinə bağlı olması gələcəkdə şəhərlərin nəqliyyat infrastrukturunu xarici texnoloji şirkətlərdən strateji asılı vəziyyətə sala bilərmi?Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda sistem milli infrastruktur üzərindən fəaliyyət göstərir. Onun sözlərinə görə, AzInTelecom-un təqdim etdiyi bulud texnologiyası mövcuddur və məlumatlar yerli serverlərdə saxlanılır.
“Hazırkı şəraitdə nə xarici asılılıq, nə də mümkün kiberhücumlar baxımından ciddi risklər görünmür. Hər hansı təhlükə yaranacağı təqdirdə də sistemin yerli serverlər üzərindən idarə olunması əlavə üstünlük yaradır.
Potensial risklər əvvəlcədən qiymətləndirilir və onlara qarşı müvafiq tədbirlər görülür. Yəni hər hansı presedent və ya real təhlükə meydana çıxdıqdan sonra daha konkret nəticələr çıxarmaq mümkündür. Hazırkı mərhələdə isə belə bir risk müşahidə olunmur və ehtimal olunan təhlükələr nəzərə alınaraq məlumatların milli serverlərdə saxlanılması daha təhlükəsiz yanaşma hesab olunur”, – deyə Rauf Ağamirzəyev bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 06 Avqust 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















