Icma.az
close
up
RU
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir KONKRET

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezidentə təzyiqlər artıb. Partiya nümayəndələri Trampdan siyasi kursunu dəyişməyi tələb edirlər.

Noyabrın 4-ü, çərşənbə günü prezident Donald Tramp respublikaçıların ciddi narazılığı ilə üzləşib. Onun siyasi müttəfiqləri və partiyanın strategiya üzrə mütəxəssisləri Ağ Evdə kadr dəyişikliklərinin aparılmasını, idarəetmədə intizamın bərpa olunmasını və məğlubiyyətlərə səbəb hesab etdikləri siyasətdən imtina edilməsini istəyirlər. Söhbət, xüsusilə İranla müharibə və gömrük tarifləri siyasətindən gedir. Tramp prezidentlik müddətinin son illərinə daxil olarkən partiya daxilində onun idarəçilik üslubuna qarşı narazılıq getdikcə artır.

Respublikaçıların təcrübəli siyasi strateqi Con Fiheri seçkilərin nəticələrini Tramp üçün “nəhəng fəlakət” adlandırıb.

“Artıq vəziyyəti qaydaya salmaq lazımdır. Bu gündən etibarən hər keçən gün onun vəziyyəti daha da acınacaqlı olacaq”, – deyə Fiheri bildirib.

Lakin Trampın seçkilərin nəticələrini siyasi kursunu dəyişmək üçün əsas hesab etdiyinə dair ciddi əlamətlər yoxdur. O, çərşənbə axşamı gecə Fox News telekanalına açıqlamasında “Bunu özümə qarşı zərbə hesab etmirəm” deyib.

Demokratların Konqresdə üstünlük qazanması onlara Trampın qanunvericilik təşəbbüslərinin qarşısını almaq, administrasiyanın fəaliyyətini araşdırmaq və prezidentin irəli sürdüyü namizədlərə etiraz etmək imkanı verəcək. Bu vəziyyətin icra hakimiyyətinin səlahiyyətlərindən indiyədək aqressiv şəkildə istifadə edən Trampı daha çox birtərəfli qərarlara sövq edəcəyi gözlənilir.

Prezident həmçinin respublikaçıların bir hissəsinin artıq siyasi yük hesab etdiyi proqramı davam etdirib-etdirməmək barədə qərar verməli olacaq. Xüsusilə 2028-ci ildə Ağ Ev uğrunda mübarizə aparmaq istəyən və Trampın mümkün siyasi varisləri hesab olunan şəxslər bu siyasətin onlara mənfi təsir göstərəcəyindən narahatdırlar.

Trampın ehtimal olunan siyasi varisi kimi qiymətləndirilən vitse-prezident Cey Di Vens də çərşənbə günü prezidentdən müəyyən mənada məsafə saxlamağa çalışıb. O, aralıq seçkilərindəki məğlubiyyətlərin səbəblərindən biri kimi İranla müharibəni göstərib.

Siyasi strateqlərin və partiya rəsmilərinin fikrincə, respublikaçılar Trampın uzun illər partiya elektoratı üzərindəki təsirinin zəiflədiyi qənaətinə gəlsələr, belə fikir ayrılıqları daha da geniş yayıla bilər.

Ağ Evdə kadr dəyişiklikləri və Demokratların araşdırmalarına hazırlıq

Anonim qalmaq şərtilə danışan yüksək vəzifəli Ağ Ev rəsmisinin sözlərinə görə, administrasiyanın rəhbər heyəti əməkdaşların işdən çıxarılmasına, mümkün kabinet dəyişikliklərinə və Demokratların Konqres vasitəsilə başlada biləcəyi araşdırmalara hazırlaşır.

“Burada vəziyyət hazırda dəhşətlidir. Əməkdaşların əhval-ruhiyyəsi son dərəcə aşağıdır”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, seçkilərə altı həftə qalmış aparılan daxili sorğular respublikaçıların Konqresin hər iki palatasında məğlub ola biləcəyini göstərirdi. Buna baxmayaraq, Tramp siyasi nəticələrlə bağlı xəbərdarlıqlara baxmayaraq, İran siyasətini dəyişməkdən imtina edib.

“Əslində, onun buna heç bir əhəmiyyəti yox idi. O, heç kimin sözünə qulaq asmaq istəmədi”, – deyə Ağ Ev rəsmisi qeyd edib.

Tramp İranla səkkiz ay davam edən müharibənin Respublikaçılar Partiyasının namizədlərinə zərər vurduğunu etiraf etsə də, münaqişəyə başlamaq qərarını müdafiə edib.

Respublikaçıların narahatlığı isə təkcə müharibə ilə məhdudlaşmırdı.

Miçiqan və Ayova kimi ştatlarda Senata keçirilən gərgin seçkilər ərəfəsində aparılan fokus-qrup tədqiqatları Respublikaçılar Partiyasının milli səviyyəli siyasi məsləhətçilərini getdikcə daha çox narahat etməyə başlamışdı. Belə ki, respublikaçı və müstəqil seçicilərin artan hissəsi prezidentin diqqətini Ağ Evdə bal zalının tikintisinə və Vaşinqtonun yenidən qurulmasına yönəltməsindən narazılıq edirdi. Bu barədə respublikaçı siyasi məsləhətçilərdən biri məlumat verib.

“Əgər Tramp növbəti iki il ərzində də eyni mənasız məsələlərdən danışmağa davam etsə, növbəti seçkilərdə bizi yenə darmadağın edəcəklər”, – deyə məsləhətçi bildirib.

Bütün bu narazılıqlara baxmayaraq, Tramp çərşənbə günü jurnalistləri özü ilə birlikdə Ağ Evdə inşa edilən bal zalının tikinti sahəsinə apararaq onlara gözlənilməz ekskursiya təşkil edib.

“Bu, mənim üçün istirahətdir”, – deyə prezident bildirib.

Ağ Ev sosial şəbəkələrdə Trampın fotosunu da paylaşaraq qarşıdurma xarakterli mövqe nümayiş etdirib. Şəklin üzərində bu sözlər yazılıb: “Elan: Tramp hələ də sizin prezidentinizdir”.

Trampın əlində hələ də ciddi səlahiyyətlər var

Seçkilərdəki məğlubiyyətə baxmayaraq, Donald Trampın siyasi və inzibati imkanları kifayət qədər genişdir.

Reuters agentliyinin daha əvvəl yaydığı məlumata görə, Ağ Ev aylar ərzində miqrasiya, gömrük tarifləri, mənzil tikintisi və federal xərclərlə bağlı bir sıra prezident sərəncamları üzərində hazırlıq aparıb. Bu sənədlər Demokratların müqavimətinə baxmayaraq, Trampa proqramının müəyyən hissəsini həyata keçirməyə imkan verə bilər.

Lakin prezidentin icra hakimiyyəti səlahiyyətlərindən istifadə etməsi administrasiyanı Konqresin araşdırmalarından qoruya bilməyəcək.

“Konqres araşdırmaları ilə heç kim üzləşmək istəmir”, – deyə Ağ Evin yüksək vəzifəli rəsmisi bildirib.

Mənbə: Reuters

Müəlliflər: Nandita Boze, Jarrett Renshaw, Bo Erikson
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri