Icma.az
close
up
RU
Aİ dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”

Aİ dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda bu ölkəyə 50 milyon avrodan çox təcili yardım paketi hazırlayır.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra məlumat verib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan ətrafında seçki prosesi ilə bağlı yaranan ajiotaj həddindən artıq şişirdilir.

Onun sözlərinə görə, Nikol Paşinyan müəyyən mənada Moskvanın dəstəklədiyi siyasətçidir və Rusiya onun partiyasına latent şəkildə dəstək verir:

"Əgər hər hansı terror aktı və ya çevriliş cəhdi baş verməsə, ciddi dəyişiklik gözlənilmir. Nikol Paşinyan seçkilərdə qələbə qazanacaq və Rusiya ilə münasibətlərini qoruyub saxlayacaq. Bununla yanaşı, Ermənistan Avropa İttifaqı ilə inteqrasiya istiqamətində müəyyən addımlar atacaq. Lakin bunun böyük əhəmiyyət daşıdığını düşünmürəm. Avropa İttifaqının belə problemli ölkəyə xüsusi ehtiyacı yoxdur. Ermənistan bir sıra daxili və xarici problemlərlə üzləşən dövlətdir. Bu ölkənin üzərinə əlavə məsuliyyət götürmək Aİ üçün cəlbedici görünmür”.

Ekspert qeyd edib ki, Ermənistan həm Avropa İttifaqı, həm də ABŞ üçün geosiyasi baxımdan müəyyən əhəmiyyət daşıyır:

"Ölkənin İran, Türkiyə və ümumilikdə Cənubi Qafqaz regionu ilə bağlı mövqeyi Qərbin maraq dairəsindədir. Regiondakı bir sıra hədəflər məhz Ermənistan üzərindən həyata keçirilməyə çalışılır. Bu ərazi Avrasiya məkanında və Mərkəzi Asiyaya çıxış baxımından müəyyən strateji əhəmiyyətə malikdir. Təbii ki, burada aparıcı rolu Azərbaycan oynayır.

Avropa İttifaqı bunu açıq şəkildə etiraf etməsə də, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Ermənistanın da sosial-iqtisadi baxımdan yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Azərbaycan regionda nəqliyyat, kommunikasiya və enerji layihələri ilə əlverişli şərait formalaşdırıb və bu layihələr ətraf ölkələr üçün də faydalıdır.

Ermənistan isə uzun illər Azərbaycana qarşı ərazi iddiaları irəli sürməklə özünü çıxılmaz vəziyyətə salıb. Paşinyan artıq əvvəlki siyasi kursun ölkə üçün faydalı olmadığını görür və daha realist yanaşmanın vacibliyini vurğulayır”.

Politoloq hesab edir ki, Avropa İttifaqının Ermənistana dəstək göstərməsi təbii haldır:

"Erməni lobbiləri Avropanın siyasi dairələrində kifayət qədər fəaldır və Ermənistanın daim diqqət mərkəzində qalmasına çalışırlar. Onlar ölkənin çətin geosiyasi mühitdə yerləşdiyini və qonşuları ilə münasibətlərinin mürəkkəb olduğunu ön plana çıxarırlar. Lakin regiondakı bir çox problemlərin yaranma səbəbləri və erməni tərəfinin bu proseslərdəki rolu çox vaxt arxa plana keçirilir.

Bəzi dairələr Ermənistanı bölgədə qarşıdurma və gərginliyin davam etməsi üçün istifadə olunan vasitə kimi görür. Müəyyən dövrlərdə bu siyasət nəticə versə də, hazırda erməni lobbiləri yenidən Ermənistanın çətin vəziyyətdə olduğunu göstərməyə çalışırlar. Onlar iddia edirlər ki, Rusiya Ermənistanı iqtisadi təzyiq altında saxlayır və ixrac imkanlarını məhdudlaşdırır. Lakin vəziyyət tam olaraq belə deyil.

Ermənistanın hələ də müəyyən iqtisadi ehtiyatları mövcuddur. Digər tərəfdən, ölkə iqtisadi baxımdan Rusiyadan ciddi şəkildə asılıdır. Rusiya sanksiyalar altında olsa da, Ermənistan vasitəsilə bir sıra məhsul və texnologiyaların ölkəyə daxil olması davam edir. Ermənistan müxtəlif texniki avadanlıqların, komponentlərin və digər malların Rusiyaya çatdırılmasında mühüm tranzit rolunu oynayır.

Ona görə də burada sensasion vəziyyət görmürəm”.

Şahanə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 İyun 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see300

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see294

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see225

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09 İyun 2026 16:43see221

İrana hücumların təkrarlanması ciddi iqtisadi problemlərə səbəb olardı Tramp

10 İyun 2026 00:43see216

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see210

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see204

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see192

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see186

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see184

U 21 qırğızlarla bacarmadı

09 İyun 2026 21:09see179

ABŞ nin nüvə aviadaşıyıcısında hərbçi güllələnərək öldürüldü

09 İyun 2026 18:03see177

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see176

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see174

İran Trampın hədəsinə CAVAB VERDİ

10 İyun 2026 00:41see172

“Qəbələ” legionerini göndərdi

09 İyun 2026 22:07see172

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see171

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see169

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see169

Daha bir klub Asensioya “elçi düşdü”

09 İyun 2026 20:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri