Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Avropa İttifaqına üzv 27 ölkənin daimi nümayəndələri iyunun 10-da Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayacaqlar.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsinin gündəliyində qeyd olunub.
Gündəlikdə Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər, eləcə də Belarusa qarşı sanksiyalarla bağlı məsələ yer alıb.
Qeyd edək ki, iyunun 9-da Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiya paketinin layihəsini təqdim edib.
Yeni məhdudiyyətlərin əsasən Rusiyanın enerji ixracı və bank sektoruna yönələcəyi bildirilir.
Aİ səfirləri bu paketin iyunun 15-də Lüksemburqda keçiriləcək nazirlər görüşündə müzakirəyə çıxarılması üçün hazırlıq aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:229
Bu xəbər 10 İyun 2026 03:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















