Icma.az
close
up
RU
Aİ Ukrayna ilə müdafiə tərəfdaşlığına və dronların birgə istehsalı proqramına start verib

Aİ Ukrayna ilə müdafiə tərəfdaşlığına və dronların birgə istehsalı proqramına start verib

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) iyulun 15-də Ukrayna ilə yeni müdafiə-sənaye tərəfdaşlığına və pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı təşəbbüsünə start verərək silah istehsalını sürətləndirməyi, Avropa müdafiə sənayesini gücləndirməyi və Ukraynanın hərbi-sənaye kompleksini Aİ-nin müdafiə sisteminə daha dərindən inteqrasiya etməyi hədəfləyir.

Bu barədə "Report"un Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir.

Təşəbbüs müdafiə şirkətlərinin əməkdaşlığı üçün maneələri aradan qaldırmağa, standartları yaxınlaşdırmağa, eləcə də birgə satınalmaları və müştərək müəssisələrin yaradılmasını sadələşdirməyə yönəlib.

"EU–Ukraine Drone Deal" proqramı çərçivəsində tərəflər cari ilin sonunadək PUA-ların və onlarin əleyhinə vasitələrin birgə istehsalını qurmaq, 2028-ci ilə qədər isə raketdən müdafiə sistemlərinin, artilleriya və müdafiə sənayesinin əsas komponentlərinin buraxılışı üzrə qarşılıqlı fəaliyyəti genişləndirmək niyyətindədirlər.

"Bizim müdafiə-sənaye tərəfdaşlığımız, bazarlarımızı inteqrasiya etdiyimiz kimi - maneələri aradan qaldıraraq və standartları mümkün qədər tez yaxınlaşdıraraq Ukraynanın müdafiə iqtisadiyyatını da inteqrasiya edir", - Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevdə bildirib.

Eyni zamanda, Avropa Komissiyası 90 milyard avro həcmində olan "Ukraine Support Loan" proqramı çərçivəsində dronların alınması üçün Ukraynaya daha 1 milyard avro köçürüb. Bu, xüsusi olaraq pilotsuz uçuş texnologiyalarının inkişafı üçün ayrılmış ilk 6 milyard avronun ikinci tranşıdır. Bundan əlavə, Komissiya dronların, raketlərin və döyüş təyyarələrinin alınmasını nəzərdə tutan 10 milyard avroluq gələcək maliyyələşdirmə planını da təsdiqləyib.

Avropa Komissiyası həmçinin Ukraynanın Avropa Müdafiə Fonduna (European Defence Fund, EDF) və Avropa Müdafiə Sənayesinin İnkişafı Proqramına (EDIP) yekun olaraq qoşulduğunu elan edib, bu da Ukrayna və Avropa şirkətlərinə Aİ tərəfindən maliyyələşdirilən tədqiqatlarda və yeni müdafiə texnologiyalarının hazırlanmasında birgə iştirak etməyə imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see644

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see342

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see263

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see258

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see244

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see240

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see199

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see198

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see193

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see192

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see184

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see181

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see177

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see174

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see167

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see167

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see162

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see162

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see157

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri