Icma.az
close
up
RU
AMB dən “Zolotaya Korona” ilə bağlı açıqlama Qərarı banklar verir

AMB dən “Zolotaya Korona” ilə bağlı açıqlama Qərarı banklar verir

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycandan Rusiyaya “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə pul köçürmələrinin dayandırılması ilə bağlı qərarlar banklar və ödəniş sistemləri arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir və Azərbaycan Mərkəzi Bankı (AMB) bu münasibətlərə müdaxilə etmir.

Bu barədə Mərkəzi Bankdan bildirilib.

“Banklar ilə ödəniş sistemləri arasında əməkdaşlıq tərəflər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilir və Mərkəzi Bank bu münasibətlərə müdaxilə etmir. Banklarla onların tərəfdaşları arasında münasibətlərə dair qərarlar yerli qanunvericiliyin tələbləri və müxtəlif risk faktorları nəzərə alınmaqla banklar tərəfindən müstəqil surətdə qəbul edilir”, – deyə AMB-dən qeyd olunub.

Mərkəzi Bank həmçinin məsələ ilə bağlı aidiyyəti üzrə ödəniş sisteminin fəaliyyətini təmin edən təşkilata və ya həmin ödəniş sistemi ilə işgüzar münasibətləri olmuş banklara müraciət edilməsini tövsiyə edib.

Qeyd edək ki, son günlər mediada Azərbaycandan Rusiyaya “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırıldığı barədə məlumatlar yayılıb. Bir sıra banklar xidmətin texniki səbəblərdən əlçatan olmadığını bildiriblər. “Unibank” və “Yelo Bank” “Zolotaya Korona” sistemi ilə əməkdaşlığın davam etdiyini, lakin xidmətdə yaranmış texniki problemlər səbəbindən hazırda Rusiya istiqamətində pul köçürmələrinin müvəqqəti həyata keçirilmədiyini bildiriblər. Ödəniş sisteminin rəsmi saytında da Azərbaycan həm pul göndərən, həm də pul qəbul edən ölkələr siyahısında yer almır.

Məlumatlarda qeyd olunub ki, bu məhdudiyyət Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketindən sonra tətbiq edilib. Həmin sanksiyalar çərçivəsində “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan Rusiyanın “Platejnıy Sentr” (“Платежный центр”) qeyri-bank kredit təşkilatı da sanksiya siyahısına daxil edilib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2026 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri