AMB ödəniş bazarının iki iştirakçısı ilə bağlı inzibati məsuliyyət tədbiri görüb
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş bazarında fəaliyyət göstərən iki şirkətlə bağlı inzibati məsuliyyət tədbiri görüb.
525.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu ilin aprel ayında "Baku Pay" MMC elektron pul təşkilatında keçirilmiş yerində yoxlama çərçivəsində pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 min manat cərimə olunub.
Həmçinin bu ilin fevral-mart aylarında "Global İnnovations" MMC ödəniş təşkilatında keçirilmiş yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilib. Odur ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən 50 min manat cərimə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 Sentyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















