Icma.az
close
up
RU
Menu

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Ardan Zentürk: Dünyəvilikdən uzaqlaşsanız, Qafqaz və Orta Asiya yolunu unudun

Ardan Zentürk: Dünyəvilikdən uzaqlaşsanız, Qafqaz və Orta Asiya yolunu unudun

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Türkiyəli tanınmış jurnalist və siyasi şərhçi Ardan Zentürk Azərbaycanla Türkiyə arasında son günlər başörtüsü məsələsi ətrafında aparılan müzakirələrə münasibət bildirib.

APA xəbər verir ki, uzun illər xarici siyasət üzrə jurnalist və şərhçi kimi fəaliyyət göstərən Zentürk Türkiyə-Azərbaycan münasibətlərinin Şuşa Bəyannaməsi ilə möhkəm siyasi zəmin qazandığını vurğulayıb. O, iki ölkənin xalqları və dövlətləri arasında fikir ayrılığı yaratmağa yönələn kampaniyaların aparıldığını bildirib.
“Türkiyə-Azərbaycan qardaşlıq ittifaqının Şuşa Bəyannaməsi ilə formalaşdırılmış siyasi zəminini heç kimin pozmağa cəsarət edə bilməyəcəyini, millətin buna qarşı çıxacağını daha əvvəl də demişdim. Amma kampaniya davam edir. Xüsusilə Azərbaycanla bağlı başörtüsü xəbəri nədənsə Türkiyədə böyük kampaniyanın başlamasına səbəb oldu”, – Zentürk deyib.

Jurnalist türk dövlətlərinin bir-birinin daxili məsələlərinə müdaxilə etməsinin təhlükəli presedent yarada biləcəyini vurğulayıb:
“Azərbaycanda yaşayan türk milləti Türkiyədə yaşayanlara, biz də onlara öz daxili işləri ilə bağlı fikir bildirmək vəziyyətində deyilik. Bunu bilməli və ona uyğun hərəkət etməliyik. Çünki türk dövlətlərinin daxili işlərinə müdaxilə prosesi başlasa, bunun sonunu gətirə bilmərik”.

Zentürk Prezident İlham Əliyevin Azərbaycanın müstəqil siyasəti və xarici təsirlərə qarşı mübarizə ilə bağlı fikirlərinə də toxunub.
“Azərbaycan gücləndikcə, daha təsirli və açıq şəkildə müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq. Əliyevin ‘işlərimizə qarışmasınlar, həyat tərzimizə burunlarını soxmasınlar və bizə yol göstərməsinlər’ mesajı çox aydındır”, – o bildirib.

Zentürkün fikrincə, Prezident İlham Əliyevin ideoloji təhlükəsizliklə bağlı mövqeyi, ilk növbədə, xaricdən Azərbaycana yönələn radikal dini təsirlərə qarşıdır:
“İdeoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir. Çünki ideoloji təhrik ölkənin içinə yönəlir. Burada mesaj birbaşa İrana gedir. İranın radikal dinçi, mollaçı idarəetmə sisteminə deyilir ki, ‘mənə yaxınlaşma, mənim həyat tərzimə və ideologiyama müdaxilə etmə’. Bu qədər aydındır”.

Türkiyəli jurnalist daha sonra türk dünyasında dünyəviliyin xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, türk xalqlarının yaşadığı coğrafiyanın dini və məzhəbi müxtəlifliyi dünyəviliyi türk dövlətləri arasında əməkdaşlığın əsas prinsiplərindən birinə çevirir:
“Türk millətinin coğrafiyası çox rəngli və çox dinli coğrafiyadır. Burada sünni, hənəfi, cəfəri, şiə, ələvi, bəktaşi, xristian, pravoslav, buddist, tanrıçı, şamanist və yəhudi icmaları var. Biz yalnız bir dinlə formalaşmış vahid coğrafiya deyilik. Buna görə türk dövlətləri ittifaqında və türk millətinin qardaşlığında bir anlayış önə çıxır – dünyəvilik”.


“Dünyəvilik anlayışı olmadan biz bu harmoniyanı qoruya bilmərik”, – Zentürk əlavə edib.

O, fikrini Azərbaycan-Türkiyə münasibətləri nümunəsində belə əsaslandırıb:
“Təsəvvür edin ki, Azərbaycanda İlham Əliyev yoxdur, İranın dini liderinə bağlı radikal bir molla gəlib Azərbaycan türk millətini idarə edir. Belə Azərbaycanla bizim bugünkü qardaşlığımız olardımı? Mümkün deyil. Yaxud Türkiyəni Taliban tipli radikal sünni biri idarə edir, qarşı tərəfdə isə şiə coğrafiyasının dünyəvi Azərbaycanı var. Bugünkü qardaşlıq olardımı? Olmazdı”.

Zentürk Azərbaycanda başörtüsünün ümumi şəkildə qadağan edilməsi barədə Türkiyədə səsləndirilən iddialara da münasibət bildirib:
“Azərbaycanda başörtüsü qadağan edilməyib. Bunu hər kəs bilməli və bilərək davranmalıdır”.

O, Azərbaycanda ümumi təhsildə millilik və dünyəvilik prinsiplərinin önə çəkilməsini də dəstəkləyib:
“Bu iki anlayış gəncliyə öyrədilməli anlayışlardır. Gəncliyi dini icmaların əlinə buraxa bilmərik. Dünyəvi bir gənclik olacaq, təbii ki”.

Zentürk Sumqayıtda məktəblərdən birində başörtülü şagirdlərlə bağlı baş vermiş hadisənin Türkiyə mediasında ümumiləşdirilərək təqdim edildiyini bildirib:
“Azərbaycanda məktəblərdə vahis məktəbli forması tətbiq olunub. Bununla bağlı baş nazir Əli Əsədovun imzası ilə verilən qərarda başörtüsü və ya hicab ifadəsi belə yoxdur. Sumqayıtdakı 6 nömrəli tam orta məktəbdə başörtülü qız şagirdlərin məktəbə buraxılmamasından sonra valideynlərin reaksiyası olub və ertəsi gün həmin məktəbdə başörtüsü ilə girişə icazə verilib. Ölkə miqyasında başörtüsü ilə bağlı vahid qadağa yoxdur. Bu qədər aydındır”.

Jurnalist Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda məktəblərdə dini geyimlə bağlı fərqli qaydaların mövcudluğunu xatırladaraq, məsələnin ümumilikdə türk dövlətlərinin dünyəvi dövlət modeli kontekstində qiymətləndirilməli olduğunu bildirib. O xatırladıb ki, Qazaxıstan və Özbəkistanda artıq illərdir ki, məktəblərdə vahid məktəbli forması tətbiq edilir və bu geyim tərzində baş örtüyü yoxdur. Türkmənistanda isə məktəblərə türkmən milli geyimində gedilir və ora ənənəvi "türkmən çalması" istifadə edilir.

Zentürk Türkiyənin türk dünyası ilə münasibətlərində dünyəvilik prinsipinin əhəmiyyətini belə ifadə edib:
“Əgər dünyəvilikdən kənar bir axtarışa girsəniz, Türkiyə olaraq və Türkiyəni idarə edənlər olaraq Qafqaz və Orta Asiya yolunu unudun. Unudun. Mümkün deyil, sizinlə bir daha təmas qurmazlar. Bu qədər aydındır. Adamlar bunu ideoloji məsələ kimi görürlər və ətraflarında Əfqanıstan var, İran var, Pakistanda dinçi hərəkatlar var. Radikal İslamın nə qədər terror təşkilatı varsa, hamısı oralardadır. Adam sərhədini, ölkəsini, məktəbini ona açarmı? Açmaz”.

Sonda Ardan Zentürk Türkiyədəki radikal mühafizəkar-dini dairələrin Azərbaycanla bağlı məsələlərə reaksiyasını tənqid edib:
“Türkiyədəki radikal mühafizəkar dinçi kəsimin heç nəyi araşdırmadan, məsələnin əvvəlinə-sonuna baxmadan reaksiya göstərərək Türkiyə ilə Azərbaycan arasına nifaq salmasını da mən qeyd etdim. Bu necə olur ki, bu ölkədə artıq milliyyətçi qanadın milliyyətçiliyi sorğulanırsa, bu dostların da səmimiyyəti yaxında sorğulanacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Oktyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see338

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see306

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see293

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see290

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see281

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see281

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see248

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see208

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see204

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see202

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see200

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see197

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see194

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see192

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see189

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see186

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see166

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri