Arnar Qunnlauqsson: “Azərbaycan millisinə qarşı oyunda yaxşı nəticə əldə etməyə məcburuq”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Futbol üzrə İslandiya millisi Azərbaycan yığmasına qarşı oyunda yaxşı nəticə əldə etməyə çalışacaq.
İdman.Biz xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan yığması ilə keçirəcəkləri DÇ-2026 seçmə mərhələsi matçı barədə fikirlərini açıqlayıb:
“Bu matç komandamız üçün vacibdir. Pley-off şanslarımızı qorumaq üçün nəticə qazanmaq məcburiyyətindəyik. Ümid edirik ki, hər şey bizim xeyrimizə olacaq”.
O, rəqibin eyni taktika ilə oynadığını qeyd edib: “Amma onlar artıq daha istəkli mübarizə aparırlar. İlk matçda 5:0 hesabı ilə qalib gəlmişdik. Buna baxmayaraq, həmin oyunda Azərbaycan millisi pis təsir bağışlamadı”.
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 12 Noyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















