“Arsenal“ Uilyam Saliba üçün azı 150 milyon avro tələb edir
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Real Madrid", "PSJ" və "Barselona" "Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Saliba ilə maraqlanır.
Moderator.az "Caught Offside"a istinadən xəbər verir ki, "Topçular" oyunçu üçün azı 150 milyon avro tələb edirlər.
Məlumata görə, bu məbləğ "Barselona" üçün yüksəkdir. "Real" və "PSJ" daha böyük imkanlara malikdir, lakin "Arsenal" Salibanı adları çəkilən klubların heç birinə satmaq niyyətində deyil.
Ötən mövsüm 25 yaşlı Saliba bütün turnirlərdə 50 oyunda iştirak edib və həmin matçlarda o, bir qol və bir məhsuldar ötürmə ilə fərqlənib. Oyunçunun klubla qüvvədə olan əmək müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" futbolçunu 100 milyon avro dəyərində qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 İyul 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















