Icma.az
close
up
RU
Arzu Nağıyev: Bu halda uşaqlar kibercinayətkarlar tərəfindən istifadə oluna bilər

Arzu Nağıyev: Bu halda uşaqlar kibercinayətkarlar tərəfindən istifadə oluna bilər

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Təhsil sahəsində süni intellekt hər bir şagirdin bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş öyrənmə imkanları yaradır. Müəllimlər tədris prosesini daha effektiv planlaşdıra bilir, şagirdlər isə öz bilik boşluqlarını daha asan müəyyən edərək onları aradan qaldıra bilirlər".

Qaynarinfo xəbər verir ki, bu sözləri deputat Arzu Nağıyev Milli Məclisdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Deputat bildirib ki, hər bir texnoloji inkişaf kimi, süni intellekt və rəqəmsal platformalar da müəyyən risklər yaradır.

"Xüsusilə uşaqlar və yeniyetmələr internetdən və sosial şəbəkələrdən geniş istifadə etdikləri üçün bu risklərə daha həssas qrup hesab olunurlar. Bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial şəbəkələrdə keçirir. Onlar burada ünsiyyət qurur, məlumat əldə edir, öyrənir və əylənirlər. Lakin sosial şəbəkələrin faydaları ilə yanaşı, ciddi təhlükələri də mövcuddur.

Sosial şəbəkələrdə təhqir, alçaldıcı rəylər, təhdidlər və məqsədli psixoloji təzyiq uşaqların emosional sağlamlığına mənfi təsir göstərir. Bir çox hallarda kibertəzyiq uşaqlarda özünəinamın azalmasına, sosial təcridə, depressiyaya və hətta daha ağır psixoloji nəticələrə səbəb ola bilir. Zərərli və yaşa uyğun olmayan məzmunun əlçatan olması da ciddi problemdir. Şiddət, nifrət nitqi, dezinformasiya, manipulyativ reklamlar və digər uyğun olmayan materiallar uşaqların psixoloji inkişafına mənfi təsir göstərə bilər".

Arzu Nağıyev qeyd edib ki, şəxsi məlumatların təhlükəsizliyi də ciddi məsələdir:

"Uşaqlar çox vaxt şəxsi məlumatlarını, şəkillərini və olduqları məkanı düşünmədən paylaşırlar. Bu isə kibercinayətkarlar tərəfindən saxta hesabların yaradılması, dələduzluq və digər qanunsuz fəaliyyətlər üçün istifadə oluna bilər. Saxta foto, video və səs yazıları hazırlamağa imkan verən texnologiyalar, avtomatik yaradılan manipulyativ məzmun və saxta profillər uşaqların doğru məlumatı yanlış məlumatdan ayırmasını çətinləşdirə bilər".

Deputat vurğulayıb ki, bu problemlərin həlli yalnız bir qurumun üzərinə düşmür:

"Burada dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Valideynlər uşaqların rəqəmsal həyatında fəal iştirak etməli, onlarla açıq dialoq qurmalı, internetdən təhlükəsiz istifadə qaydalarını izah etməli və onlayn fəaliyyətləri ilə maraqlanmalıdırlar. Nəzarət yalnız məhdudiyyətlərdən ibarət olmamalı, həm də etibar və maarifləndirmə prinsipləri üzərində qurulmalıdır.

Məktəblərdə kibertəhlükəsizlik mövzularına daha geniş yer verilməlidir. Şagirdlər yalnız kompüterdən istifadə etməyi deyil, həm də məlumatın doğruluğunu yoxlamağı, şəxsi məlumatlarını qorumağı, sosial şəbəkələrdə etik davranmağı və internet risklərini tanımağı öyrənməlidirlər. Sosial şəbəkə platformaları isə süni intellektdən istifadə etməklə zərərli məzmunun daha operativ aşkarlanmasını və uşaqlar üçün təhlükəsizlik funksiyalarının təkmilləşdirilməsini təmin etməlidirlər".

Vüqar


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 İyul 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see267

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see242

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see237

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see237

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see232

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see223

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see213

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see203

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see200

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see173

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see169

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see168

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see166

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see164

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see164

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see160

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see159

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see158

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see157

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri