Astana sakinləri artıq taksi ilə uçurlar FOTO VİDEO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astanada "EH216-S" pilotsuz hava taksisinin göyərtəsində sərnişinlə ilk uçuşu həyata keçirilib.
Moderator.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi (MAK) xəbər yayıb.
Mülki Aviasiya Komitəsinin "Telegram" kanalında Qazaxıstan üçün bu tarixi hadisə barədə məlumat verilib. Bildirilib ki, şaquli qalxma və enmə qabiliyyətinə malik elektrikli uçuş aparatı göyərtəsində sərnişin olmaqla sınaq uçuşu icra edib. Sınaq "Gələcəyin Oyunları 2026" beynəlxalq turniri çərçivəsində paytaxtın xüsusi icazə verilmiş ərazisi üzərində baş tutub.
Qeyd olunur ki, iki sərnişin daşımaq üçün nəzərdə tutulan uçuş aparatı saatda 130 km sürət yığa və 35 km-ə qədər məsafə qət edə bilir.
"İlkin mərhələdə Qazaxıstanın təbii, mədəni və tarixi məkanları üzərindən 5-30 dəqiqəlik nümayiş və turizm marşrutlarının təşkili planlaşdırılır. Gələcəkdə isə pilotsuz sərnişin hava sistemləri ölkənin müasir nəqliyyat infrastrukturunun bir parçası olaraq mövcud mobillik növlərini tamamlaya bilər", - deyə MAK açıqlayıb.
Komitənin məlumatına əsasən, bu sistemlər təcili tibbi yardımın göstərilməsi, dərman çatdırılması, yanğınsöndürmə tədbirləri, logistika, eləcə də operativliyin mühüm olduğu digər sahələrdə də tətbiq oluna bilər.
"Yerli istehsalın inkişaf etdirilməsi ayrıca bir istiqamət olacaq. Beynəlxalq tərəfdaşlıq çərçivəsində Qazaxıstanda sərnişin pilotsuz hava sistemləri istehsalının lokallaşdırılması nəzərdə tutulur. Bu addım yüksək texnologiyalı maşınqayırma sahəsində yeni vərdişlərin formalaşmasına, əlavə iş yerlərinin açılmasına və sənaye kooperasiyasının genişlənməsinə xidmət edəcək", - deyə MAK əlavə edib.
Həmçinin bildirilir ki, Qazaxıstanda artıq hava taksilərinin, "vertiport" adlandırılan hava limanlarının fəaliyyətini və pilotsuz hava hərəkətinin idarəedilməsi sistemlərini tənzimləyən qanunvericilik dəyişiklikləri qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 Avqust 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















