Icma.az
close
up
RU
Avqustun istisi, bir az da azarkeşlərin hərarəti Masazırı Orhus üçün cəhənnəmə çevirə bilər Aslan Kərimov

Avqustun istisi, bir az da azarkeşlərin hərarəti Masazırı Orhus üçün cəhənnəmə çevirə bilər Aslan Kərimov

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" UEFA Çempionlar Liqası III təsnifaat mərhələsinin ilk matçı çərçivəsində Danimarkada "Orhus"a 1:2 hesabı ilə uduzub.

Futbol eksperti Aslan Kərimov Azərbaycan çempionunun oyununu dəyərləndirib. Sportal.az saytına danışan mütəxəssis qarşılaşmanın maraqlı keçdiyini bildirib:

​"Oyunu yaxşı dəyərləndirirəm. Dinamik, sürətli və intensiv oyun izlədik. Hesab edirəm ki, azarkeşlər üçün də çox maraqlı qarşılaşma idi. Təbii ki, oyunda üstün və zəif tərəflər görünürdü. Matçın əvvəllərində rəqib "Sabah"ı yüksək pressinqlə qarşıladı. Demək olar ki, "Orhus" təmsilçimizin ötürmə ilə oynamaq imkanını əlindən almışdı. İlk 10 dəqiqədə aqressiv təzyiq göstərməyə çalışdılar. Amma sonradan oyun balanslaşmağa doğru getdi. "Sabah"da çatışmayan cəhətlərdən biri o idi ki, oyunun əvvəlində topu özlərində çox saxlaya bilmirdilər, tez-tez top itkisinə yol verirdilər. Bu da rəqibin yüksək pressinqindən irəli gəlirdi. Bu səviyyədə keçirilən oyunlarda gərək yaranan qol fürsətlərini dəyərləndirəsən. "Orhus" üç mərkəz müdafiəçisi ilə oynamasına baxmayaraq, hücuma böyük qüvvə ilə gedirdi. Belə olan halda "Sabah" boşluqlar verirdi. Birinci hissədə Azərbaycan çempionunun 1-2 yaxşı əks-hücumu oldu və rəqibi azlıqda yaxalamağı bacardı. Amma sonluğu gətirə bilmədilər. Epizodları bir az gecikdirdilər və qol şanslarını itirdilər.

​"Orhus"un üstün tərəflərindən biri sürətli kombinasiyaları idi. "Sabah" pressinq edərkən rəqib ön xətdə olan oyunçuları rahat keçə bilirdi. Bu, təmsilçimiz üçün çətin anlar yaşatdı. Rəqibin ilk qolu möhtəşəm idi, qapıçıya deyiləcək bir söz yoxdur. İkinci hissənin əvvəlində də "Orhus" hesabın verdiyi motivasiya ilə pressinq etdi. Daha sonra rəqib ikinci qolu vurdu. Buna baxmayaraq, "Sabah" rəqibi əks-hücumlarda yaxalamağı bacarmışdı. Komandamız daha çox topa sahib ola bilirdi. 0:2 hesabının "Sabah"ı həvəsdən salacağını düşünürdüm. Amma belə olmadı. Komanda hücumda çoxalmağı bacarırdı. Coy-Lens Mikelsin dirəyə dəyən epizodu oldu. Bu, tamamilə qol şansı idi. Həmin epizodda şans üz döndərdi. Amma yenə də "Sabah" qol vurmağı bacardı. Bir az da bəxt gətirsəydi, bərabərlik qolunu vurmaq olardı. Umarali Rahmonaliyevin dirəkdən qayıdan topu var. Santimetrlər məsələni həll etdi. Əslində Azərbaycan klubu ikinci qolu da vurdu. Yenə də santimetrlər ofsayda gətirib çıxardı. Hesab edirəm ki, yüksək səviyyədə keçirilən oyun idi.

Aslan Kərimov Bakıda keçiriləcək cavab görüşü ilə bağlı gözləntilərini də bölüşüb. O, "Sabah"ın pley-off-a  yüksələcəyinə inandığını deyib:

​Cavab matçında şanslar 50/50-dir. Hələ heç nə bitməyib. "Sabah" səfərdəki görüşdə rəqibdən daha çox yüz faizlik qol epizodları yaratdı. Evdə də bu, Valdas Dambrauskasın komandası üçün üstünlük olacaq. Üstün tərəflərimizdən biri hava şəraiti ola bilər. Danimarkada yay sərin keçir. Bir az avqustun istisi, bir az da azarkeşlərin hərarəti Masazırı "Orhus" üçün cəhənnəmə çevirə bilər. Bu, bizim üçün bir az üstünlük yarada bilər. "Sabah"ın cinah oyunçularının performansı vacib olacaq. Aleksey İsayev bu oyunçuları topla təmin edə bilən futbolçudur. Məncə komanda Bakıda qol şansları yarada biləcək. Sadəcə olaraq epizodları nə qədər qola çevirə biləcəyimizi demək çətindir. "Sabah"ın ehtiyat etməli olduğu məqamlardan biri rəqibin aut atışlarıdır. Topu cərimə meydançasının içinə qədər sürətli şəkildə ata bilirlər. Meydanın mərkəzində boşluq vermək olmaz. "Orhus" əks-hücumlardan bir göz qırpımında istifadə etməyi bacarır. "Sabah"ın Bakıda ehtiyatlı oynamaqla qol vuracağına əminəm. Mərhələni də keçə bilərlər. Amma şanslar bərabərdir."

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 Avqust 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see405

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see286

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see246

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see239

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see215

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see195

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see191

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see185

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see181

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see178

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see178

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see177

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see175

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see170

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see168

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see159

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see156

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see154

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see150

Bakı ilə sülh, Moskva ilə balans

15 Avqust 2026 14:54see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri