Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb YENİLƏNİB
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev finalda serbiyalı rəqibi Marko Yorqiçə ipponla qalib gələrək, gənclər arasında ikiqat qitə çempionu olub.
Daha əvvəl Ayxan Mirzəzadə (60 kiloqram) Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün, həmçinin Xədicə Qədəşova (57 kiloqram) bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.
18:44
Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə (60 kiloqram) Monteneqronun paytaxtı Podqoritsada keçirilən U-21 Avropa çempionatında final görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada fransalı Lüsyen Tiksyeni məğlub edən idmançı qitə yarışının qızıl medalını qazanıb.
Bu gün, həmçinin Məhəmməd Musayev (66 kiloqram) Avropa çempionluğu, Xədicə Qədəşova (57 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram) və Aytən Verdiyeva (57 kiloqram) isə yarışı medalsız başa vurublar.
Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək çempionatda 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 03 Sentyabr 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















