Avropa Komissiyası Moldovaya 641 milyon avroya qədər investisiya ayırmağı planlaşdırır
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, gözlənildiyinə görə, maliyyələşdirmə beynəlxalq maliyyə institutları, dövlət tərəfdaşları və özəl sektorla əməkdaşlıq çərçivəsində cəlb olunacaq. İnvestisiyaların əsas sahələri energetika, rəqəmsal infrastruktur, təhsil və davamlı kənd təsərrüfatı olacaq.
Avropa Komissiyasının məlumatına görə, 433 milyon avroya qədər vəsait Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı ilə qrantlar, zəmanətlər və kreditlər şəklində təqdim edilə bilər. Daha 208 milyon avro isə özəl investorlar tərəfindən cəlb olunması planlaşdırılır – bu məqsədlə artıq səkkiz şirkət niyyət məktublarını imzalayıb.
Brüsseldə vurğulayırlar ki, investisiyalar Moldovanın iqtisadi davamlılığını gücləndirməli, infrastrukturu modernləşdirməli və ölkənin Avropa bazarına inteqrasiyasını sürətləndirməlidir.
Qeyd edək ki, respublika daha əvvəl Avropanın Moldovaya dair “Böyümə Planı” çərçivəsində 1,9 milyard avroluq paketdən 504 milyon avro alıb.
Marta Kosun Kişinyov səfəri 4–5 iyun tarixlərini əhatə edir və yaxınlaşan Moldova–AB sammitindən əvvəl baş tutur. Eyni zamanda Moldova və Ukrayna iyun ayının ortalarında Avropa İttifaqına üzvlük prosesi çərçivəsində ilk danışıqlar klasterini açmağı planlaşdırır.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 04 İyun 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















